“Yüksələn bürcü nədir və nə üçün önəmlidir?

Yüksələn bürcü nədir və nə üçün önəmlidir?

Çoxumuz Günəş bürcümüzü bilirik. Mən qoç bürcüyəm, mən tərəzi bürcüyəm və s. deyirik. Bu bizim bildiyimiz Günəş bürcüdür. Doğulduğumuz anda Günəş qrup ulduzu içində olur və bizim günəş bürcümüzü müəyyən edir. Siz doğulan anda üfüqdə yüksəlməkdə olan bürcə yüksələn bürcü deyirik. Yüksələn bürcmüzü öyrənmək üçün doğulduğumuz saatı bilmək çox vacibdir.

Yüksələn bürcü sizin sosial maskanızdır. İlk tanış olduğunuz anda insanlarda buraxdığınız təəssürat sizin yüksələn bürcünüz sayəsində olur, sonra sizi tanıdıqca günəş bürcünüzü hiss etməyə başlayırlar. Qısacası, əlaqəni yaradan sizin yüksələn bürcünüzdür.

Tamamilə olmasa da, fiziki görünüşümüzə də təsiri var, xüsusilə üzümüzün formasına.

Sağlamlığımız haqqında birinci dərəcədən önəmlidir. Yüksələn bürcü təmsil edən orqanlar və xəstəliklərə daha yaxın ola bilərisiniz. Əlbəttə doğum xətirəsi bir bütündür, o sağllıq probleminin olması üçün fərqli kombinasiyalarında tutarlı olması lazımdır. Və yenə astologiyada xəstəlik nöqtəniz hesablandığı zaman yüksələn bürcünüzün dərəcəsinə baxılır.

Nələrə meyilli olduğunuz, bacarıqlarınız və bu bacarıqların nə olduğu barəsində söz sahibi bizim yüksələn bürcümüzdür.

Zehni tutumumuz, bunu necə istifadə etdiyimiz və özümüzü necə ifadə etdiyimiz və tərzimizlə birbaşa əlaqəlidir.

Şansınızla yaxından əlaqəlidir. Şans nöqtənizin hesablanması üçün yüksələn bürcünüzün dərəcəsindən istifadə edilir. Şansınız həyatınızın hansı sahəsində, nə qədər şanslısınızsa, nə tip mövzularda gəlir əldə edə bilərsinizsə, bu yenə yüksələn bürcünüz sayəsində olur.

Klassik astologiyaya görə yüksələn bürcü həyat evidir. Erkən uşaqlılq dövrlərinin nec keçəcəyini də yüksələn bürcümüz müəyyən edir. Həyatda etdiyiniz bütün investisiyaların hamısını yüksələn bürcünün dərəcəsi sayəsində öyrənə bilərsiniz.

Yəni yüksələn bürcümüz Günəş bürcümüzdən daha önəmlidir. Yüksələn bürcünüzü internetdə axtararaq hesablaya bilərsiniz. 
Bürclər haqqında daha çox...


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar