“2018-də Qız bürcünü nələr gözləyir?

2018-də Qız bürcünü nələr gözləyir?

Qız bürcü - Yanvar, karyera yüksəlişi üçün son dərəcə əlverişli bir aydır. Müdriyyət hər zamankı kimi sizi yorucu işlə yükləyəcək və qısa zamanda bitirmənizi tələb edəcək. Bunlar gözünüzü qorxutmasın, siz daha da güclənəcəksiniz. Səliqə-səhman və gözəllik, ruhunuz yeni planlara hazırdır. Başınıza bir iş gəldiyində bunun səbəbkarının kim olduğunu anlamağa çalışın. Yeni işə başlayacaqsınızsa, layihə və ya plan üzərində işləyəcəksinizsə, müqavilə imzalayacaqsınızsa, 11 yanvar tarixini ağlınızda tutun.

Fevralın ilk on günü maraqlı mövzularda yaradıcı görüşlər, yeni fikirlər və bu məsələləri tez bir zamanda həll etməyə təşvik edən coşğuyla keçəcək. Bu, işinizi dəyişmək, yeni hobbi, hətta sevgi də ola bilər. Fevralın sonrakı 20 günündə siz öhdəliyinizin dərinliyini düşünüb, münaqişələrin həlli yollarını axtaracaqsınız. Bəzi halları nəzərə alıb, bəlkə də bu, fəaliyyətin sonudur deyə düşünəcəksiniz, amma bilin ki, Qız bürcü olaraq hər vəziyyətdən karlı çıxmaq sizin üstünlüyünüzdür. Bu ab-hava martın ilk həstəsi ərzində olacaq. 7 mart tarixindən etibarən yeni biznes və ya fərqli yönlərə ilk addımlarınızı ata bilərsiniz. Martın 11-də maddi məsələlərə görə qətiyyən münaqişəyə girməyin. Rejiminizi qoruyun, uzunmüddətli stressli iş, sizi ağır xəstəliyə düçar edə bilər. 23 martdan 15 aprelə qədər, köhnə xəyalınızı həyata keçirmə şansı əldə edəcəkasiniz. Merkurinin geriləmə hərəkəti qız bürcü sahiblərinə keçmiş işlərdən xeyir əldə etmə imkanı yaradacaq. Aprel ayının ortalarından mayın 13-nə qədər baş verən gözlənilməz  hadisələr, cari ilin planlarını, xüsusilə də iş yerləri ilə bağlı olanları dəyişməyə məcbur edəcək. Daha əvvəl hansısa səfəriniz təxirə salınıbsa, mayın ortalarına doğru çamadanınızı hazır edin. Tətil üçün yaxşı vaxtdır.

İyun ayında bütün məqsədlərinizə aydınlıq və dəqiqlik verməyə çalışacaq və həyatınızın ən müxtəlif narahatlıqları ilə qarşılaşacaqsınız. Karyera, ev, yeni başlayan və bitməli olan münasibətlər kimi həyati məsələləri qaydasına salmalı olacaqsınız. 19 iyun iri həcmli alış-veriş üçün uyğun gündür.

İyulda bir sıra məhdudiyyətlər olacaq. Bir ayda bir dəfədən çox əhəmiyyətli qərarlar qəbul etməli və kollektiv müzakirələrdə daha yetkin mövqe göstərməlisiniz.

Avqust sizə səbrli olmağı və gözləməyi öyrədəcək. Çox çətin olmayacaq, çünki maraqlı hadisələr və əyləncə işguzar fəaliyyətdəki boşluqları doldurur. Ayın 9-u itirdiklərinizi geri qaytarma şansı yaranacaq, lakin, yeni başlanğıc üçün avqustun 20-ni gözləyin. Həyat fəaliyyətlərini məhdudlaşdırmayanlar və qrafiksiz yaşayanlar üçün  ayın sonları əla vaxtdır. Cazibədar görünüşünüzlə əlaqədar olaraq intriqalarla üzləşə bilərsiniz.

Sentyabr arzularınızda müvəffəqiyyət vəd edir. Bu ay, sizi digər aylara nəzərən daha çox karyera yüksəlişinə aparacaq. Tamamilə işə yönəlin, yeni bir istiqamət tutub, biznesinizi inkişaf etdirin. Ağır iş rejiminə tab gətirə bilmək üçün sağlamlığınızın qeydinə qalmalı və istirahət haqda düşünməlisiniz. Kifayət qədər yuxu, sağlam qidalanma, stressiz işləmək sizi uğura aparacaq.

Oktyabrda həyat sizi elə bir vəziyyətə salacaq ki, özünüzü az bilikli və dayaz dünyagörüşlü hiss edəcəksiniz. Bunun üzərində çox dayanmayın, mütaliə edin. Siz uzaq iş səfərinə göndərilə bilərsiz. İmtina etməyin, bu, sizə hərtərəfli təcrübə qazandıracaq. 30 oktyabr əhəmiyyətli bir gündür. Ciddi bir seçim etməlisinizsə, duyğularınızı bir kənara qoyun.

Əgər noyabr ayında istirahətə getmək imkanı yaransa, isti bir yer seçin, dənizə girin, palmaların altında günəşlənin. Bununla yanaşı evinizin dizaynını dəyişmək sizə lazımlı görünə bilər. Mümkündürsə ikisini bir arada edin – səyahət və ev baxımı.

Dekabrın üçüncü on günlüyü maraq doğuran hadisələr gözlənilir. Çoxlu təkliflər alacaqsınız. Ən vacibi odur ki, gəlirli iş sahəsini seçə biləsiniz. Xəyallar dünyasında qalmayın, onları reallaşdırmaq üçün hərəkətə keçin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar