“2016-cı ildə Pələngləri nələr gözləyir

2016-cı ildə Pələngləri nələr gözləyir

Meymunun əksi olan Pələnglər üçün dəyişiklik və çevriliş ilə nəticələnən bir il olacaq. Səbrinizi və dözümünüzü sınayacaq hadisələrlə üzləşə bilərsiniz.

Münasibətinizdə partnyorunuza qarşı sakit və soyuqqanlı davranmağa diqqət etməlisiniz. Balaca bir mövzunu böyüdüb sonradan peşman olacağınız qərarlar almamağa diqqət göstərin.

Subay Pələnglər dostluqla başlayıb romantik münasibətlə nəticələnən bərabərlik yaşaya bilərlər. Əsasən də Mart ayı sizin üçün sevgi münasibətinizdə uğurlu zamandır. 2016-cı ildə ən uyğun partnyor Meymun və İtlər ola bilər. Meymunlarla əyləncəli və macərapərəst təcrübələr yaşaya bilərlər. Sadiq və inamlı İtlər Pələnglərə yaxşı təsir edəcək. Bir-birlərinin sərbəstliklərinə hörmətlə yanaşsalar, Atlarla da xoşbəxt münasibət yaşayacaqlar. Şəxsi həyat və sosial həyatları arasında sabitliyi qoruyub saxlaya bilsələr, Donuz ilində dünyaya gələn şəxslərlə münasibətləri ahəng içərisində olacaq.

Pələnglər bu il Xoruzlar, Qoyunlar və Pələnglərlə quracaqları münasibətlərdə diqqətli olmalıdırlar. İlanlarla quruluan iş ortaqlığı Pələnglərə uğur və gəlir gətirəcək. Bu il münasibətlərində Pələnglər bağışlamağı, səbrli olmağı təcrübədən keçirəcəklər. Onların inkişafı üçün düşərli il olacaq.  

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar