2016-cı ildə Siçanlar sevgi münasibətlərində həyəcan və gözlənilməz süprizlərlə dolu olacaq.
Siçanlar öz parnyorları ilə Meymun ilində ən gözəl illərindən birini yaşayacaq, tez-tez gözəl vaxt keçirəcəklər. Sevgi münasibətləri şəfqətli və ehtiraslı olacaq.
Subay siçanlar cəmiyyətdə ön planda olan qeyri-adi insanlarla münasibət yaşayacaqlar. Münasibətlərinin uzun müddətli olması üçün partnyorunu olduğu kimi qəbul etməlidir. Yəni bir münasibətə başlamaq və münasibətdə ciddi addım atmaq üçün uğurlu ildir.
Siçanlar üçün ən uyğun partnyorlar Əjdaha, Pələng və Donuz illərində doğulan insanlardır. Əsasən də Donuz ilində doğulan şəxslərin münasibətləri ciddiləşəcək. Siçanlar Dovşan və Xoruzlarla yaşayacaqları münasibətlərdə diqqətli olmalıdırlar. Münasibətlərinin sağlam və uzunömürlü olması üçün çevik olmalarında fayda var.