“2018-də Balıq bürcünü nələr gözləyir?

2018-də Balıq bürcünü nələr gözləyir?

Balıq bürcü -  evdən uzaqlaşmaq üçün ən yaxşı imkanlar ilin əvvəlində yaranacaq. Cəlbedici bir şey, sizi bilmədiyiniz bir yola yönəldəcək və təklifi qəbul etməyə məcbur edəcək. İşdə və kollektivdə əhəmiyyətli dəyişikliklər mümkündür. Sizin düşüncələriniz həmkarlarınızı və ya müştərilərinizi narahat edə bilər. Həmkarlarınız digər planlarınızda vacib rol oynayacaq, praktiki və informativ yardım göstərəcəklər.

20 yanvar – 19 fevral tarixlərində uyğun və qısa çıxış yolu axtardığınız problemlərə əlverişli və sürətli bir şəkildə həll yolu tapacaqsınız. Sürprizlər və faydalı dəyişikliklər üçün, eyni zamanda sizi kədərləndirən halları aradan qaldırmaq üçün uyğun vaxtdır. Kiminsə sizə qarşı həssaslığı və sizi qoruması sayəsində bəzi xoşagəlməz halların qarşısını alacaqsınız. Siz də başqalarına diqqət və qayğı göstərin, problemlərinə həssaslıqla yanaşın. Yeni tanışlıqlar mümkündür ki, bu da sabit və faydalı əlaqələrə çevriləcəkdir.

4 mart əvvəlcədən planladığınız  səfərlər, böyük satınalmalar, nikah üçün mükəmməl bir gündür. Özünüzdən gələcəklə bağlı nə istədiyinizi soruşun və verdiyiniz cavabla həyatınızda yeni mərhələyə başlamış olacaqsınız. İnstuisiyanızın köməyi ilə gərəkli olduğunu düşündüyünüz dəyişikliyi edin. 6-20 mart aralığında işinizin gedişatını sürətləndirsəniz bahar nailiyyətləri əldə edəcəksiniz. Mart ayının sonundan aprel ayının ortalarına qədər əlavə iş yükünə qarşı dözümlü olsanız və əlinizdən gələnin ən yaxşısını etsəniz layiqincə bir mükafat və bəlkə də vəzifə artımı alacaqsınız. 18 apreldən etibarən fikirlərinizi və həyatınızı dəyişəcək xəbərlər gözləyin. Aprelin üçüncü on günlüyündə qısa təlim prosesi, seminarlar və ya təlimlər əlaqələrinizə təzə təkan verəcək. Bir yerdə oturmayın, işgüzar səfər etməyə cəhd edin, müxtəlif insanlarla ünsiyyət qurmağa çalışın.

Mayın 8-i duyğularınızda qarışıqlıq ola bilər. Seçimi təkcə hisslərlə deyil, məntiqlə düşünərək, müstəqil şəkildə verin. May ayı ərzində çox məşğul olacaqsınız və yaxınlarınıza diqqət göstərə bilməyəcəksiniz. İstənilən halda ailənizə və sevdiklərinizə zaman ayırın.

İyun həyatınızdan lazımsız olanları çıxarmaq, münasibətləri qaydaya salmaq, yeniliklərə başlamaq üçün ideal aydır. Bəlkə də ruhunuzun təmizlənməyə və bərpaya ehtiyacı var. Ailə üzvlərinizlə və ya dostlarınızla maraqlarınızı bölüşün və yay fəslinin dadını çıxarın.

İyul ayını monoton işlə və mürəkkəb əlaqələrlə yükləməyin. İyun ayında dəyişikliyə başlasanız, iyul ayına qədər fəxr ediləsi nəticə əldə etmiş olarsınız. Yayın ortalarında dənizkənarı kurortda istirahət etmək sizin üçün gözəl olardı. Avqust ayı ərzində əhəmiyyətli hadisələri təxirə salmayın, daha dəqiq desək ayın ilk on günlüyündə. Geriləmə vəziyyətində olan Merkuri, bacarıqlarınızı göstərməyə, özünüzü inkişaf etdirməyə şans yaradacaq. İndiyə qədər arzusunda olduqlarınızı əldə edəcəksiniz. Şəxsi həyatınızda “dejavu” yaşanacaq, ikinci şansa yol açacaq,  yaxşılığın və ya pisliyin əvəzini qaytara biləcəksiniz.

Sentyabrda şəxsi maraqlarınızın işlərinizin qarşısına keçməməsi üçün son dərəcə diqqətli olmalısınız. Öz yükünüzü başqalarının çiyinlərinə qoymayın, əks halda xəbərdarlıq alacaqsınız. Münasibəti məhv etmək düşündüyünüzdən də pis nəticələr verəcək. Odur ki, nəyin bahasına olursa olsun bunu etməyin. Yaxşı bir məsləhət və ya güvəndiyiniz şəxsin köməyi ilə hədəfinizə kifayət qədər yaxınlaşacaqsınız. Dəvət olunduğunuz qonaqlıqları rədd etməyin. Evdən nə qədər uzaq olsanız, bir o qədər maraqlı vaxt keçirəcəksiniz.

Oktyabr ayında duyğularınızı ələ alın, səhvlərinizi düzəldin, itirdiklərinizi geri qaytarın. Romantik münasibətə ayıracaq kifayət qədər vaxtınız olacaq və əlaqəni istədiyiniz statusa qaldıra biləcəksiniz.

Noyabr sizə yeniliklər gətirəcək. Yeni layihəyə qatılmaq üçün yaxşı vaxtdır. Noyabr ayının ilk yarısını iş və görüşlər ilə keçirməyə çalışın, çünki ikinci yarıda hadisələr sizin əksinizə yönələ bilər. Sahib olduqlarınızı qorumasanız və qayğı göstərməsəniz itirə bilərsiniz. 26-27 noyabrda sözlər böyük gücə malik olacaq və təsadüf nəticəsi ürəyinizdən keçən arzu bir neçə ay ərzində gerçəkləşə bilər.

Dekabrda dəyişkən ruh halında olacaqsınız. Siz yerinizdə dayansanız belə həyat öz axarında davam edəcək. Karyeranız və maliyyə gəlirləriniz fərqli bir istiqamətə yönələ bilər, daha çox çalışdığınız halda daha zəngin olarsınız.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar