“2018-də Əqrəb bürcünü nələr gözləyir?

2018-də Əqrəb bürcünü nələr gözləyir?

Əqrəb bürcü – 2018-ci ildə cətinliklərə hazır olun. 6 yanvarda önəmli işə başlaya bilərsiniz. Sizə miras qala bilər və ya yeni ev ala bilərsiniz. 11 yanvar böyük miqyaslı bir layihə başlanğıcı üçün məsləhətli vaxtdır. Uzun müddətdir planladığınız bütün işlər, eləcə də təhsil, staj, uzun iş səfərləri ilə bağlı güclü dəstək alacaqsınız. Gələcəyə olan ümidləriniz sizi təəssüf hissindən uzaqlaşdıracaq. Bacarmadığınız işlərə girişməyin. Növbəti qışa qədər Yupiter Əqrəbin üzərində olacaq. Dəyişiklikləri normal qarşılayın və risk almaqdan qorxmayın.

Fevral ayında ev və ailə məsələləri diqqət mərkəzində olacaqdır. Bacardığınız qədər səbrli olun, münaqişələrin həlli və pozulmuş vəziyyəti düzətmək üçün yaradıcı fikirlərinizi işə salın. Düşdüyünüz vəziyyət çıxılmaz görünsə də kiçik bir manevrlə işləri öz xeyirinizə yönəldəcəksiniz. Bu ay çevrənizə qarşı xoş davranmalısınız.

Mart ayı vaxtınızı iclaslar, sənədlər, işguzar görüşlərlə alacaq. Siz iş səfərinə və ya təlim kursuna göndərilə bilərsiniz. Yeni insanlarla tanış olub, maraqlı söhbətlər edəcək, yeniliklər öyrənəcəksiniz. Bu, həyat tərzinizdə əsaslı dəyişiklik üçün uyğun bir aydır. Səyahət etməyi sevənlər qısa müddətli tətilə çıxa bilərlər.

Aprel ağır zəhmətin qarşılığında müvəffəqiyyət vəd edir. Ayın başında kiçik məsələlərin böyük problemlərə çevrilməməsi üçün diqqətli olun. 18 apreldə həyat yolunuzda gözlənilməz döngələr ola bilər. 26-27 apreldə istəklərinizi əldə edərək ətrafınıza ümidlə baxdığınız zaman özünüzü zirvədə hiss edəcəksiniz.

May ayında iş yoldaşldarınızla əlaqələrdə güclü bir qığılcım ortaya çıxacaq. Buna səbəb qısqanclıq, rəqabət və ya yeni maraq ola bilər. Hətta köhnə tanışlarınızla əlaqələriniz soyuya və bitə bilər. Yeni tanışlıqlarda vəziyyət daha yaxşı olacaq və bu, yalnız başlanğıcdır. Yeni iş, həyat tərzi, hobbiləriniz səbəbindən tanışlarınızdan uzqlaşmalı olacaqsınız. Lakin, əsl dostlarınızın köməyi ilə həyatınıza qaldığınız yerdən davam edəcəksiniz.

İyun ayında özünüz ya da ən azından fikirləriniz evdən uzaq olacaq. Dəniz və okean kənarı gücün qaynağıdır. Səyahət ruhunuzu aydınlatmırsa, fərqli bir şey öyrənməyə başlayın. Sağlam bədəndə sağlam ruh olar deyimiylə yola çıxın, hər şeydən öncə özünüzün qayğısına qalın.

Əgər remont işlərinə hazırlaşırsınızsa çox gecikdirməyin, iyul bunun üçün uyğun vaxtdır. Xəyalını qurduqlarınızı əldə edəcəksiniz və uğura doğru irəliləyəcəksiniz. Qohumlarınızla qonaqlıq təşkil edib, xoş xatirələri yada salın və gələcəkdə xatırlanası gözəl anlar yaşayın. İri həcmli xərclər üçün 14, 19 iyul uyğundur.

Avqust ayında bütün bürclər istirahət etdiyi vaxtda siz öz xərcləriniz və gələcəyiniz naminə işləyəcəksiniz. Gücdən düşməməyi məsləhət görürük. İşləriniz yaxşı gedəcək və gəlirlərinizdə artım olacaq. 18 avqust yarım saxladığınız işi tamamlayın. Bəlkə də təklifləri gözdən keçirib razılığa gəlmək ən doğru hərəkətdir. Hər şey haqqında maksimum məlumat əldə etməyə çalışın.

Sentyabr ayında keçiriləcək tədbirlə bağlı ağıllı, səmərəli planlar qurun. Həyatınızın hər bir sahəsini asanlıqla qaydaya sala biləcəksiniz. Sağlamlığınıza önəm verin, idmanla məşğul olun, rejimlə qidalanın. Dəyişikliklər üçün ən yaxşı tarixlər 11, 14, 24 sentyabrdır.

Oktyabrda səlahiyyət ölçüləriniz artacaq. Lakin, şəxsi münasibətinizdə bundan pis yönə istifadə etməyin. Hisslərinizin əsiri olmayın və sevdiyinizə qarşı anlayışlı davranın. İş həyatında hədəfinizi yüksək tutun, özünüzə qarşı tələbkar olun. Oktyabrın 27-si itirdiyinizi düşündüyünüz şeyi geri qaytarma şansınız olacaq.

Noyabr ayının ilk yarısında, ilk növbədə pul haqqında, qazanc haqqında düşünün. Haqqınız olanı almağı bacarın. Növbəti il üçün yaşamınızı yaxşılaşdırmanın yollarını tapın. Noyabrın ikinci yarısında və dekabrın əvvəlində bir ara verin. Bayram öncəsi bir səfərə çıxmaq üçün yaxşı vaxtdır.

 İlin sonu sizin üçün maraqlı bir vaxtdır. Hədəflərinizə çatmaq üçün əlinizdən gələni edin. Sizi sevən insanlara laiqi dəyəri verin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar