“2018-də Oxatan bürcünü nələr gözləyir?

2018-də Oxatan bürcünü nələr gözləyir?

Oxatan bürcü – 2018, oxatanlar üçün 12 illik dövrün sonu olacaq. Bu, öz-özünə tədqiqat, yaradıcı planların yetişdirilməsi ilə əlaqəli məhsuldar bir dövr ola bilər. Sarı it ili çox uğurlu başlayacaq. Qismən və ya tam ödənilmiş tətilə çıxa bilərsiniz. Qadınlar üçün ana olmaq, analıq məzuniyyətinə çıxmaq gözlənilir.

Yanvarın ilk yarısında enerji və planlarla dolu olacaqsınız. Bu dövr üçün alqı-satqı işlərində satış daha xeyirli olacaq. Əmək haqqı azlığına görə işinizi dəyişməli, ya da müdirinizlə danışıqlar aparmalısınız. Uşaqların təhsili ilə bağlı yeni biznesə başlaya bilərsiniz.

Fevralın ilk on günlüyündə ətrafınızda sıx ünsiyyətlər olacaq. Bacı qardaşlarınızla ümumi maraq və narahatlıqlar keçirəcəksiniz. İnternet vasitəsiylə araşdırdıqlarınız, öyrəndikləriniz xüsusən də yeni tanışlıqlarınız gələcək planlarınıza təsir göstərəcək. 28 fevral şəxsi həyat, evlənmək, tanışlıq üçün əla vaxtdır.

Mart ayının ilk həftəsi kefiniz olmayacaq və yorğun hiss edəcəksiniz. Aldatma, mürəkkəblik və intriqadan ehtiyyatlı olun. İntuisiyalarınızı gözardı etsəniz, çətin vəziyyətdə qala bilərsiniz. Təravətsiz, səmimiyyətsiz, diqqətsiz ünsiyyətlərdən qaçın. 7 martdan etibarən enerjidə kəskin bir dəyişikliyə, bədənin metabolik proseslərinin yaxşılaşmasına, maraqların bərpa olunmasına hazır olun. Münasibətlərdəki qeyri-müəyyənlik yerini sürətli və dəqiq verilmiş qərarlarla dəyişəcək. Sevgi münasibətində irəliləmə olacaq, amma hisslərinizi gizlətməyə çalışmayın. Bəzi əlaqələr kəsiləcək, başqaları başlayacaq. 23 martdan 15 aprelə qədər yeni təşəbbüsləriniz maneələrlə üzləşə bilər, lakin keçən il və daha əvvəllər gördüyünüz  köhnə işləriniz, yaradıcı ideyalarınız gözlənilməz şəkildə sizi uğura aparacaq. Aprelin 16-ı yeni Ay sizə enerji və həvəs gətirəcək. 25-30 aprel tarixlərində köməyə ehtiyac duyduğunuz bir vaxtda sevdikləriniz yanınızda olacaq və onların dəstəyi ilə çətinliyin öhdəsindən gələcəksiniz. Mayın 12-nə qədər işləriniz sürətlə hərəkət edəcək. Səyahət, iş səfəri, idmanla məşğul olmaq motivasiyanızı artıracaq. May ayının ortalarından etibarən yeniləmə mərhələsi keçirəcəksiniz. Bəzi planları təxirə salıb, əvəzinə yenisini quracaqsınız. Masa arxası işdən uzaqlaşmaq, kənd həyatı, təbiətə bağlılıq düşüncələrinizi toplamaqda sizə kömək edəcək. May və iyun ayları evinizə vaxt ayırın, qohumlarınızı qonaq çağırın. 1 iyun romantik görüş, toy, böyük məbləğli satınalma üçün uyğun vaxtdır. 5 - 9 iyun diqqətli olun qiymətli bir şey, bəlkə də çevrənizdən birini itirə bilərsiniz.

İyul ayında fərqli düşünən maraqlı birinə qarşı güclü hissləriniz olacaq. Bununla yanaşı siz səfər, idman, iş, hobbilərinizə vaxt ayıracaqsınız. Enerji baxımından güclü bir dövr sizi gözləyir. Nailiyyət üçün əlinizdən gələni edin, vaxt itgisinə yol verməyin.

Yaxşılıq görmək istəyirsinizsə, başqalarına əl tutun. Avqustda bacarıqlarınızı doğru yöndə istifadə edəcəksiniz. İş həyatında səbrli olun, bəzi gecikmələr daha yaxşı nəticələr gətirəcək. Unudulmuş bacarıq və ya əlaqənizi bərpa edib özünüzü təkmilləşdirəcəksiniz.

Sentyabr digər aylarla müqayisədə sizin zirvəniz olacaq. Karyera planları, mövqelərin möhkəmləndirilməsi, işin genişləndirilməsi və ya yeni bir başlanğıc əlverişlidir. Yeniliklər üçün ən yaxşı tarixlər 4, 14, 19, 30 sentyabrdır.

Oktyabr ayında intizamlı olun və özünüzü ələ almağı bacarın. Heç kəsi dinləməmiş günahlandırmayın, münasibətdə soyuqluq yaratmayın və geri dönüşü olmayan yollara girməyin. Özünüzə və başqalarına qayğı göstərin, enerjinin mənbələrini, müsbət emosiyaları axtarın. Noyabr ayında yenidən güclənəcəksiniz. 8 noyabr tarixində Yupiter oxatan işarəsi üzərindən keçəcək. Həyatınız yeni rənglərlə boyanacaq və yeni imkanlar sayəsində başınız dönəcək. Dekabrın ortalarında fikirlərinizin nə dərəcədə qəti olduğunu aydınlaşdırın. 16 dekabr həlledici bir addım üçün yaxşı bir tarixdir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar