2018-ci ildə Tərəzilərin gəlirləri əhəmiyyətli dərəcədə arta bilər. Lakin, ötən il qarşınızda duran həyati problemləri bir daha gözdən keçirməli olacaqsınız. Yanvarın 5-dən 11-dək yeni bir layihənin başlanğıcı və ya müqavilənin bağlanması üçün uyğun vaxtdır. 6 yanvarda, daşınmaz əmlak, mülk ala bilərsiniz. Ayın ilk yarısında baş verən ailəvi hadisələr, önümüzdəki il üçün planların qurulmasında böyük rol oynayacaq. Ən romantik dövrü 17 yanvar – 11 fevral tarixləri arasında yaşayacaqsınız. Gəzinti üçün yaxşı vaxtdır. Rəqabət ruhu ilə birləşən yeni ideyaların axını sizi hədəflərinizə çatdıracaq. Fevralın sonu, martın əvvəlində bütün zamanınızı iş və münasibətlərinizi düşünərək keçirəcəksiniz. Yaradıcı fikirlərinizdən istifadə edən insanlarla rəqabət yaşaya bilərsiniz. Özünüzü göstərməkdən çəkinməyin, zərurət yarandıqda önəminizi hər kəsə sübut edin. Bu müddətdə şəxsi həyatınızda münasibətlərinizlə bağlı dəyişiklik yaşana bilər. Sakitləşməyə tələsməyin, martın sonu aprelin əvvəlində münasibətinizin nə dərəcədə möhkəm olduğunu sübut edəcək hallarla qarşılaşacaqsınız. Bu mərhələni aşdıqdan sonra olduğunuz vəziyyətdə uzun müddət qalacaqsınız. Beləliklə, insanların həqiqi üzünü görmək sizi əsla üzməsin, reallıqla üzləşin, səmimi dostluqlar qurun. Aprelin 4-də ailənizi və sevdiklərinizi həytınızın mərkəzində tutun. Kimsə sizin əleyhinizə hərəkət edə bilər. Ən yaxşısı sevdiklərinizlə birgə olun, evinizə daha çox zaman ayırın.
Ayın ortası istisna olmaqla, istirahət və səyahət üçün yaxşı bir aydır. İstisna tarixi seçməyiniz, gözlənilməz hadisələrlə qarşılaşmaq, işlə bağlı problemlər yaşamaq və səyahətdə kiçik qəzalarla üzləşməklə nəticələnə bilər. May ayının ikinci yarısında gərginlik azalacaq və maraqlarınıza vaxt ayıra biləcəksiniz.
İyunda ailənizə dəyər verib, zaman keçirməklə, sevdiyiniz işləri görmək arasında qalacaqsınız. Bu, daha çox təlim üçün əlverişli bir aydır və bəlkə də, bu baxımdan uzun bir səfər edəcəksiniz. Vaxtınızı iş kollektivi və təlim yoldaşlarınızla keçirəcəksiniz. Bir yoldaşınızla yaxın dostluq və ya romantik münasibət yaşaya bilərsiniz. Ailə məsələlərinə yalnız ayın ikinci yarısında dönəcəksiniz və bütün diqqətinizi, qayğınızı göstərməli olacaqsınız. Yaz aylarının ortasına doğru yeni iş imkanları əldə edəssiniz lakin, oturduğunuz yerdən durmaq istəməyəcəksiniz. Maraqlarınıza vaxt ayırın, sağlamlığınızın qeydinə qalın. Tanışlarınız arasında sizə, keçmiş planlarınızı yerinə yetirməkdə kömək edəcək şəxsə müraciət edin. Avqust ayında Veneranın tərəzi üzərindən keçməsi sizin mövqeyinizi gücləndirəcək. Avqustun 18-i hisslərinizi azad buraxsanız, heç gözləmədiyiniz şanslarla qarşılaşacaqsınız. Avqustun sonlarında karyeranızdakı yüksəlişdən sonra anlayacaqsınız ki, həyat, bir ümidsiz sevgiylə tükənmir. Sentyabrda gəlirləriniz artacaq, lakin, iştahınız var olanla kifayətlənməyəcək. Həyat prinsipləriniz yeni planlarınızın qarşısını alacaq. Bəzən problemi həll etməyin ən sadə yolu ona başqa mövqedən baxa bilməkdir. Oktyabrın 5-dən noyabrın 16-dək Veneranın geriləmə hərəkətində olmağı səbəbindən həyatdan soyuyacaq, bəzi işləri təxirə salacaqsınız. Çox keçməmiş yenidən güclənəcəksiniz və keçmişdə gördüyünüz işlə bağlı mükafat əldə edəcəksiniz. Yarım qalan işi tamamlamaq, keçmiş münasibəti bərpa etmək, şəhərdən kənar istirahət üçün gözəl vaxtdır. Sizə zövq verən işlərlə məşğul olun, dünyanıza rəng qatın. Maddi baxımdan qeyri-müəyyən dövr olduğu üçün oktyabr, noyabr aylarında böyük xərclərdən yayının. İl sonu gərginliyindən uzaqlaşın, dəyərlərinizi, arzularınızı xatırlayın. Dəfələrlə təxirə salınmış tətil üçün noyabr ideal zamandır. Noyabr ayında təcrübə qazanın və öyrəndiklərinizi başqaları ilə paylaşın. Dekabrın ikinci o günlüyündə əmədaşlıqda uğur qazanıb, zirvəyə qalxacaqsınız və yüksək enerjiylə hərəkətə keçəcəksiniz. Şəxsi həyatınızda çəkingən olmayın və mühüm addımlar atın.