“2018-də Qoç bürcünü nələr gözləyir?

2018-də Qoç bürcünü nələr gözləyir?

Qoç bürcü - Ötən il tərəfdaşlıqda bir neçə çətin epizod yaşadınız və bu, hədəflərinizin qətiliyini təsdiq etdi. 2018-ci ildə rəqabətə deyil, əməkdaşlığa uyğunlaşın. Mənfəət mənbəyinizi yaxşılaşdırmaqla, firavanlığa nail ola bilərsiniz, lakin hər bir mənada özünüzü sığortalamağı unutmayın. Çox Qoç üçün risk uğur amillərindən biri olacaq, lakin həmişə istifadə edilməmiş bir fikirə sahib olmalısınız.

Yanvar ayında uzun səfərlər, təcrübə mübadiləsi və bilikləriniz yeni planlar üçün tramplin olacaq. Düşdüyünüz vəziyyətlər sizi ictimai mövqe ilə qarşı-qarşıya qoyacaq. Bu, karyera dəyişməsi və yeni bir iş üçün ilin ən yaxşı vaxtı ola bilər. Cəhdlərinizin uğurla nəticələnəcəyi 5, 6, 11 yanvar tarixlərini yadda saxlayın. Sevgidə müxtəlif vəziyyətlərdən asılı olaraq, siz münasibətinizi möhkəmləndirə bilərsiniz (və bu zaman hər şey əvvəlkindən də yaxşı olacaq) və ya gözlərinizi qaçıraraq müxtəliflik axtarışına çıxarsınız. Bunun əvəzində isə sizi böyük risk gözləyir : kiminsə güvənini itirmək (və bu zaman sevgi bir illüziya kimi heç olmamışcasına yox olacaq).

Həyatınızda qanadlarınızın açılmasına mane olan çətin bir vəziyyət varsa, fevralda gözlənilməz bir həll yolu yarana bilər və bu problemi həll etdikdən sonra, özünüzdə  yeni qüvvələrin və fikirlərin axınını hiss edəcəksiniz. Sizə nailiyyət və sağlam həyat tərzi qazandıracaq kollektiv və qruppalarla ünsiyyət üçün əla zamandır. Bir dəyişiklik üçün həftə sonunu hər zamankından daha fərqli keçirməyə çalışın. Həyatınıza girəcək yeni insanlar heç də təsadüfi olmaya bilər. Ayın sonunda diqqətli olun - kimsə sizə zərər verə bilər. Risk etdiyiniz zamanlarda, köhnə vəziyyətə geri dönmək mümkünlüyünü nəzərdə saxlayın.

Mart ayında kifayət qədər məlumat toplamağa cəhd edin. Siz irəli gedəcəksiniz, tələssəniz səhv edə bilərsiniz. Lakin yaradıcı fikirlə atılmış bir addım müəyyən qədər risk yaratsa da, sizə qələbə qazandıracaq. Ulduzlar sizə güvəndiyiniz insanlardan dəstək almağı tövsiyə edir. Sevgidə cəsarətli addımlar atmaqdan çəkinməyin. Ümumiyyətlə qeyri-müəyyənlik sizi yorubsa və hadisələrin sürətlə hərəkət etməsini istəyirsinizsə mart ayı bunun üçün ən yaxşı zamandır.

Aprel ayında uğurlar "marafonçular" ilə müşayiət ediləcək. Uzun bir səfər üçün məşğuliyyət seçin və ya təxirə saldığınız işi həyata keçirin. Bunu xatırlamaq üçün kifayət qədər səbriniz olacaq. 18-27 aprel tarixlərində iş həyatınızda gözlənilməz və kəskin dəyişikliklər ola bilər. Xilas yolu kimi alternativ variantlardan istifadə edə bilərsiniz. Arzuolunmaz uzaq səfərlərə və yorğunluğa hazır olun.

May ayında başqalarının göstərişlərinə riayət etmək çətin olacaq və əgər öz fikirlərinizlə hərəkət etsəniz uğur qazanacaqsınız. Sizi eyni yerdə uzun müddət saxlamayacaq işlər seçin. Sözlərinizlə əməlləriniz üst üstə düşsün. Bunun ən yaxşı nəticəsi sizin düzgünlüyünüzdür. Mayın 23-də mənfəətli müqavilə imzalayacaqsınız. Təşkilatçılıq bacarığınızı istifadə edin, öz komandanızı yaradın.

İyun ayında istənilən münasibətdə qarşılıqlı mənafe axtarın, heç bir hal sizin planlarınızı poza bilməz. Evdə daha çox vaxt keçirin, şəxsi işlərinizlə maraqlanın, hobbilərinizə vaxt ayırın, təmir işləri ilə məşğul olun. Bunlar sizi cəmiyyətdən qismən ayırsa da, yorucu münasibətlərdən istirahət etmə imkani yaradacaq. Ailə məsələləri, əmlak məsələsi, münasibətlərin qaydaya salınması halları sizin qarşınızda durur.

İyul və avqust aylarında keçmiş hadisələr özlərini yeni səviyyədə göstərəcəkdir. Səhvlər üzərində işləmək, köhnə layihəni və ya əlaqəni bərpa etmək şansı sizi gözləyir. Ancaq hər halda, bu gözlənilməz bir şey olacaq və ən yaxşısı siz əvvəlcədən bu hərəkətinizdə kimin sizi qoruyacağı haqda düşünün.

Sentyabr ayında sürətli və qətiyyətli addımlar ataraq ön cərgədə yer tutacaqsınız. Zaman çevrənizdən xoşbəxtlik və fayda verməyən amilləri təmizləyir. Şəxsi münasibətlərdə əhəmiyyətli qərarları təxirə salmayın. Əks halda xoşbəxt həyat planları qurmaq əvəzinə xəyal qırıqlığı yaşayacaqsınız.

Oktyabr ayında, xərclərdən daha çox qazanc haqqında düşünün və son zamanlarda düzəltdiyinizi yıxmağa tələsməyin. Sosial çevrəniz müxtəlif sahələrdə müvəffəqiyyət qazanmış insanlarla dola bilər. Ancaq “Bir köhnə dost yeni iki dostdan daha yaxşıdır” atalar sözünü tez-tez xatırlayacaqsınız.

Noyabr planların yenilənmə vaxtıdır. Noyabr ayında görülən əhəmiyyətli işlər gələn ilki fəaliyyətlər üçün tramplin kimi xidmət edə bilər. Özünüzə və yaxınlarınıza yeni fikirlərinizin praktiki mənasını izah etməyə çalışacaqsınız. Dekabr ayında uzaq yerlərə gedə bilərsiniz. Məqsədləri və şərtləri fərqli ola bilər, amma perspektiv baxımından sizin üçün faydalı olacaq.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar