“Bürclər haqqında bilinməyən həqiqətlər

Bürclər haqqında bilinməyən həqiqətlər

Bürclərin gizli tərəflərini bu yazımızda öyrənəcəksiniz. Leydi.az saytı sizlər üçün bürclərin sirli tərəflərini üzə çıxardır. Hər bürcün özünə məxsus xüsusiyyətləri var. Bəzən sevdiyiniz insanların xarekterində bəzi xoşunuza gəlməyən davranışlar görürsünüz, bu davranışlar həmin insanın bürcündən qaynaqlanan davranışlardır. Sizin və sevdiklərinizin bürclərində olan bəzi xüsusiyyətləri birlikdə öyrənək.

Qoç bürcü haqqındakı həqiqətlər

Enerjili, dostcanlı, lider və insanlarla tez ünsiyyət qurmağı bacaran bu bürcün bilinmiyən xüsusiyyətləri; erkən yaşdan etibarən həyatın yükünü öz çiyinlərinə götürür, erkən yaşda yetkinliyə çatmaq məcburiyyətində qalırlar, ancaq yenə də bir tərəfləri uşaq kimi qalır. Hər zaman ailəni fikirləşən və ailə ilə biryerdə vaxt keçirməyi sevən qoçların, uşaqlıq və yetkinlik illərinə nəzər yetirsəniz onların erkən yaşda həyatın yükünü çiyinlərinə alması ilə bağlı mütləq bir hekayələri olduğunu görəcəksiniz.

Buğa bürcü haqqındakı həqiqətlər

Buğalar qərarlı və qoruyucu xarakteristikası ilə Zodiakın ən inamlı bürcləri arasında yer alır. Yaradıcı və əl qabiliyyəti yüksək səviyyədə olan Buğalar sənət əsəri və ya mətbəxdə möcüzələr yarada bilirlər. Buğalar pulu idarə etmək mövzusunda da çox bacarıqlıdırlar.

Əkizlər bürcü haqqındakı həqiqətlər

Əkizlər təsiredici, hazır cavab, əyləncəni sevən, şorgöz, qərarsız bir bürc kimi tanınır. Dostları, ailəsi və ictimai həyatındakı münasibətləri olduqca qüvvətlidir. Ümumilikdə izdihamlı həyatı xoşlayan Əkizlər ailə, uşaqlar və yaxın dostları ilə vaxt keçirməyi də xoşlayırlar. Əkizlər bürcünün qənaət anlayışı digər bürclərdən fərqlidir. Özünə inamı olana qədər yığdıqları pul onlar üçün az gəlir. Onun haqqında fikir bildirənlər onu simic olaraq adlandırırlar. Ancaq əkizlər üçün bu simiclik yox, gələcək üçün qarantiyadır.

Xərçəng bürcü haqqındakı həqiqətlər

İntuitiv, həssas xərçənglər hər zaman ilk sırada ailəni, evi və uşaqları tuturlar. Ənənələrinə sadiq qalan valideynlər əsasən xərçəng bürcləridir. Həssas və inadkar olurlar. Ölkəsinə bağlı və yaxşı siyasətçilər bu bürcdən çıxır. İnam xərçənglər üçün əsas faktordur. Pul qazanmaq onlar üçün asan olur. Az pul ilə investisiya edib, çox gəlir əldə etmək ancaq ağıllı xərçənglərin işidir. Lakin bu bürcün ən pis xüsusiyyəti pis vərdişlərinin olmasıdır. Bacarıqlı, zaman və pulu yaxşı idarə edən xərçənglər aludəçilik halına gələn pis vərdişlərə asanlıqla yiyələnə bilirlər.

Şir bürcü haqqındakı həqiqətlər

Sadiq, səxavətli və dostcanlı Şirlər liderdirlər və onların cəzbedici hərəkətlərinin qarşısına heç kim söz qoya bilmir. Özünə inamlı, istedadlı, ətrafdakıları idarə edə bilmək bacarığına sahib insanlardırlar. Məsələ ailə olduqda şirlər sevdiklərini qorumaq üçün hər şeyi edə bilərlər. Hər hansı bir yerə gedəndə şirlərin diqqət mərkəzində olduğunu və ətrafdakıları öz qoruması altına aldığını görə bilərsiniz. Romantik, hissləri güclü, enerjili olan şirlər müstəqillikləri mövzusunda olduqca həssasdırlar. Öz işinin sahibi olmaq istəyirlər. İç dünyalarına girməyi bacarsanız, xarici görünüşdən kükrəyən və güclü xarakterin altında sevgiyə və şəfqətə ehtiyacı olan balaca, ürkək biri olduğunu görəcəksiniz.

Qız bürcü haqqındakı həqiqətlər

Detallara fikir verən, problemləri həll etmək bacarığı yüksək, sağlamlıqlarına diqqət yetirən, bütün sevgisini ailəsinə ayıran Qızlar həyatınıza fərqli bir çərçivədən girə bilər. Praktik və məsələləri analiz etmək qabiliyyəti yüksək olan insanlar deyəndə ağla ilk əvvəl Qızlar gəlir. Çalışqan, təkilatçılığı yaxşı bacaran Qız bürcü ilə işləyərkən, bütün işlərin yolunda getdiyindən əmin ola bilərsiniz, çünki onlar heç nəyi gözdən qaçırmırlar. Ancaq sağlamlıq mövzusunda biraz problemlər yaşayırlar və simmetriya düşkünlüyü kimi psixi problemləri olur.

Tərəzi bürcü haqqındakı həqiqətlər

Sevgi hissi yüksək olan, mehriban, düzgünlüyün tərəfdarı olan Tərəzi bürcü çoxları tərəfindən əvəzsiz hesab edilir. Kömək əli uzatmağı xoşlayan, dostcanlı olan Tərəzilər Venera planeti tərəfindən idarə edilir və fərqli cazibə qüvvəsinə sahibdirlər. Harmoniya və uyğunlaşma, tərz sahibi olmaq kimi sözlər Tərəzini ən yaxşı izah edən sözlərdir. Şərik işləmək, qrup halında işləmək Tərəzilərin ən müvəffəqiyyətli işləmə formasıdır. İş yoldaşlarına uyğunlaşıb, əyləncəli vaxt keçirə bilirlər. Ancaq Tərəzilər çox çətinliklə nəyəsə qərar verirlər və onlarla alış-verişə çıxdığınızda bütün vaxtınızı onlara ayırmalısınız.

Əqrəb bürcü haqqındakı həqiqətlər

Həqiqəti tapana qədər axtarmağa davam edən Əqrəblər ünsiyyət mövzusunda istedadlıdırlar. Hiss etdiklərini asanlıqla biruzə verə bilirlər. Zarafatçıl, intellektual, sürprizlərlə dolu, arzuları yüksək insanlardır. Güclü idarəçilik qabiliyyətləri var. Kariyeralarının arxasınca gedib, işlərində istədikləri mövqeni qazanmaq istəyirlər. Pul onlar üçün inam deməkdir. Xərcləyən zaman çox dəqiq fikirləşib hara nə qədər xərcləyəcəklərini hesablayırlar. Bu bürcün ən zəif tərəfi münasibətlərində və ətrafındakı insanlara qarşı inamsızlıq etmələridir. Buna görə də istədikləri nəticəni əldə edənə qədər hər şeyi sorğu-sual edirlər.

Oxatan bürcü haqqındakı həqiqətlər

Maraqlı və enerjili Oxatanlar həyata fərqli çərçivədən baxırlar. Əyləncəli və bəzən də əcayib insanlardır fikrinə qapıldığımız hərəkətləri olur. Fərqli həyat tərzlərini görməyi, səyahət etməyi, fərqli fəlsəfi və dini cərəyanları axtarmağı xoşlayırlar. Ümumilikdə Oxatanlar nə istədiklərini dəqiq olaraq deməyi bacarırlar. Rəsm çəkmək mövzusunda qabiliyyətlidirlər. Pul qazanmaq və xərcləmək Oxatanlar üçün əyləncə növüdür. Çox nadir hallarda maddi baxımdan narahatçılıq hissi keçirirlər. Əsasən mühasibatlıq və maliyyə sahələrində işləməyə üstünlük verirlər. Cazibədar və adrenalin yaşamağı sevən partnyordurlar. Onu başa düşdüyünüz müddətcə sizə qarşı sadiq və fədakar olacaqlar. Ancaq bir oxatanla işləyirsinizsə və sizin maaşınıza Oxatanın fəaliyyətinin bir qatqısı vardırsa, onu mütləq nəzarətdə saxlayın. Çünki həvəslə işə başlayan oxatanlar başladıqları işi çətinliklə sonlandıra bilirlər.

Oğlaq bürcü haqqındakı həqiqətlər

Əgər peşəkarlıq axtarışındasınızsa, Oğlaqlar hər zaman işinin peşakarı olan insanlardır. Güclü məntiqi, yumor və sevgini birləşdirib ərsəyə gətirən də Oğlaqlardır. Onlar düzgünlük tərəfdarı, sadiq və sevdiyinə qarşı məsuliyyət hissi daşıyan insanlardırlar. Oğlaqlar müxtəlif fəaliyyətlər ilə insanları bir araya gətirməklə xoşbəxtlik hissi keçirirlər. Oğlaqların əsas xəyalları ona uyğun həyat yoldaşı seçmək, arzularını və istəklərini reallaşdırmaq üçün həmin dövrün nəbzini tutaraq yaxşı həyat tərzinə sahib olmaq və övladını sağlam böyütməkdir. Həyat standartlarını təyin edərək, düzgün və əzmlə hədəflərinə yönəlib, sərt olmağı gözə alırlar. İdarəçilik, maliyyə, daşınmaz əmlak və təhsil kimi fəaliyyət istiqamətlərində yüksək karyera əldə etdiklərinə rast gəlmək olur. Yaxşı partnyor olmağına baxmayaraq işgüzar olması ən zəif cəhətidir. Bəzən işlərə o qədər başları qarışır ki, xəstə olana qədər işləməkdən əl çəkmirlər.

Dolça bürcü haqqındakı həqiqətlər

İntellektual, güclü hissiyatı olan, məntiqli, bir yanı sakit və utancaq, digər tərəfi isə dəli-dolu olan Dolçalar sizi çaşdıra bilər. Hamını başa düşmək, mövzulara başqa çərçivədən baxmaq, məhdudiyyətlərdən, qadağalardan uzaq qalmaq ən böyük arzularıdır. Dolçalar ən yaxın dostlarına belə sirlərini demirlər. Karyera mövzusunda hədəfləri böyükdür və ambisiyalıdırlar. Əsasən sərbəst iş qrafikində işləmək istəyirlər. Xarici görünüşlərinə həddən artıq fikir verirlər. Dolça ilə uzun müddətli münasibət yaşamaq istəyirsinizsə, ona məhdudiyyətlər qoymayın, çünki belə olan halda sizdən uzaqlaşacaqdır.

Balıq bürcü haqqındakı həqiqətlər

Anlayış sözü Balıqlar bürcünü tamamilə ifadə edən kəlimədir. Nəzakətli, qayğıkeş, dostcanlı, sadiq, vicdanlı və özünü sevdiklərinə həsr etmək kimi gözəl xüsusiyyətlərə malik olan Balıqların 6-cı hissləri qüvvətli olur. Əsasən gördükləri yuxular çin çıxır. Vəkil, memar, baytar həkimi, müsiqiçi, dizayner peşələrini seçməyə üstünlük verirlər. Onlar sevdikləri insanların həyatlarını rəngləndirmək istəyirlər. Problemləri həll etmək mövzusunda olduqca qabiliyyətlidirlər. Balıq bürcü ilə münasibət yaşayırsınızsa, maddiyyat mövzusunda ona arxalana bilərsiniz. Bir tərəfi ilə heç düşünmədən xərclədiyi halda digər tərəfi ilə simiclik edə bilər. Zərif bədən quruluşuna sahib olduqları üçün tez tez xəstələnirlər.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar