Hər dediyini etməyiniz, sizə sahib olduğunu, ovcunda olduğunuzu düşündürməyiniz, başqası ilə maraqlandığınızı hiss etdirməyiniz, qısqanclığınız, həddindən artıq sahiblənməyiniz sizdən bezməsi üçün yetərlidir.
Ayrılmaq onlar üçün çətindir. Soyuqluğunuz, maddi güvənsizliyiniz, maddi qərarlarınızın tez-tez yanlış çıxması, çox pul xərcləməyiniz, dürüst olmamağınız ayrılmaq istəməsi üçün bəs edə bilər.
Həddindən artıq qoruyucu və qısqanc olmağınız bəsdir. Sizi bir dəqiqənin içində unudar.
Xəyal qırıqlığı yaşatmağınız, incitməyiniz, düşündüyü kimi biri olmadığınızı hiss etdirməyiniz, tənqidçi, şəfqətsiz, sərt hərəkətləriniz onu əsəbləşdirəcək və həmin an sizdən soyuyacaqdır.
Qürurunu qırmağınız, xətalarından danışmağınız, tənqid etməyiniz, dəstəkləməməyiniz, vərdişlərini təqdir etməməyiniz çıxıb getməsinə səbəb ola bilər və bir də asanlıqla geri dönməz.
Diqqətli, ağıllı və istiqanlı olmamağınız kifayətdir. İntellektual səviyyəniz və mədəni yetərliliyiniz də yoxdursa, çox tez itirəcəksiniz. Geri dönməz. Ancaq qəlbinizi də qırmaz.
Modern, populyar, baxımlı, hörmətcil olmamağınız yetərlidir. Nəzakətini pozmamaq üçün danışmadan tərk edəcəkdir.
İdarəçiliyi ya ona buraxmalısınız, ya da əlinizdən bir saniyə də qoymamalısınız. İdarəni itirmə hissi yaşaması ayrılmaq və sizi acılar içində qoymaq üçün yetərlidir.
Gəzməkdən xoşunuz gəlmirsə, başqa mədəniyyətlərə maraq duymursunuzsa və ağıllı biri olmadığınızı hiss edirsinizsə, bu, belə, ayrılmaq üçün yetərlidir.
Ən çətin ayrılan bürcdür. Əgər sizi yetərincə mənimsəyibsə, bu belədir. Ailəsi haqqında danışdıqlarınız, maddi etibarı itirməyiniz, işində dəstəkləməməyiniz, maddi mövzularda bədxərc və düşüncəsiz davranmağınız yetərlidir. Əlbəttə, hamısı birlikdə olmaq şərti ilə.
Onu istəmədiyinizi hiss etdirməyiniz, deməyiniz bəsdir. Bunlar olmasa, belə, məhdudlaşdırmağınız, sorğu suala çəkməyiniz, müdaxilə etməyiniz, dostlarına qarışmağınız ağır sözlərlə tərk edilməyinizə səbəb ola bilər.
Bunun üçün səbəbə ehtiyac yoxdur. Çünki səbəblər hər an dəyişə bilər. Mənəvi dünyasını azacıq sarsacaq hər hansı konkret hadisə yetərlidir. Əsl səbəb öz mənafeyinə daha uyğun bir vəziyyət əldə etmiş olmasıdır.