Hər bürcün şəxsi xüsusiyyətləri olduğu kimi zövqləri və istəkləri də bir-birindən fərqlidir. Ancaq astroloqlar bürcləri ümumiləşdirərək hansı bürcə hansı iyin uyğun gəldiyini tərtib ediblər. Leydi.az komandası sizlər üçün axtardı və gözəl bir məqalə ərsəyə gətirdi.
Qoç
Yenilikçi və alovlu Qoç bürcünə xəyal gücünü bəzəyən gül, darçın, sandal ağacı, lavanda qarışıqlarının iyi xoş gələcək. Ədviyyatlı ətirlər Qoçlar üçün uyğundur.
Buğa
Realist və inadkar Buğalar üçün qreyfrut, portağal çiçəyi, ətirşah, palıd yosunu, neroli və gül tonları uyğun olacaq. Tünd xasiyyətlərindən uzaqlaşaraq sakitləşəcəklər.
Əkizlər
Hava ünsürü olan Əkizlər hazırcavablıqları ilə məşhurdurlar. Hava ünsürünə mənsub olan Əkizlər çevik düşüncələri ilə tanınırlar. Bənövşə, qardeniya, yabanı kərəviz, kəhrəba və dəri iyindən hazırlanmış ətirlər Əkizlər üçün ən uğurludur. Cazibədar ətirlər Əkizləri ifadə edir.
Xərçəng
Bir tərəfi macərapərəst və azad olarkən, digər tərəfi evcil və rahatlığına düşkün olan Xərçənglər üçün paçuli, zanbaq, kəhrəba, vanil kimi qoxular rahatlıq hissi yaradır.
Şir
Yaradıcı gücə, enerjiyə sahib, güclü şirlər üçün cazibədar və valehedici qoxular uyğundur. Paçuli, rozmarin, kəhrəba, sünbül, qərənfil, jasmin, zanbaq və limon tonları şirlər üçün uyğundur.
Qız
Təmizkar və romantik Qızlar, keyfiyyətlinin və mükəmməlin arxasınca qaçırlar. Portağal çiçəyi, naringi, qızıl gül, reyhan iyləri uyğundur.
Tərəzi
Veneranın idarəçiliyində olan Tərəzilər hava ünsürü olduqları üçün havanı xatırladan ətirlər seçməlidirlər. Çobanyastığı, reyhan, qreyfrut, sünbül, bənövşə və zanbaq onlara uyğun qoxulardır.
Əqrəb
Su ünsürünə aid olmasına baxmayaraq digər su ünsürlərinə görə daha sərt olan Əqrəblərə darçın, vetiver, konyak, müşk, sandal ağacı, qreyfrut, paçuli, vanil, dəri iyinin tonları və odun, taxta qoxuları uyğundur.
Oxatan
Macərapərəst Oxatanların köçəri Yupiterin təsiri altında olduqları üçün dəfnə yarpağı, portağal çiçəyi, əhəng, jasmin, lavanda, sitrus meyvələri kimi qoxulardan ibarət ətirlərdən xoşları gəlir.
Oğlaq
Səbrli və idarəçidir. Oğlaqlar üçün güclü göstərən ətirlər uyğundur. Neroli, jasmin, ağ konyak, jasmin, portağal çiçəyi, müşk, çəhrayı ağac, yosun və otlarla qarışıq qoxular seçə bilərlər.
Dolça
Xarizmatik xüsusiyyətlərinə uyğun ətirlərdən xoşları gələn Dolçalar uçucu lavanda ətrinin üstünə rozmarin, portağal çiçəyi, vetiver, sərv, gül, naringi, ağ adaçayı, lavanda kimi qoxuları seçə bilərlər.
Balıq
Həssas və xəyal gücü yüksək olan Balıqlar üçün jasmin, keşniş, razyana, lavanda, maqnoliya, bənövşə, iris və əmbər kimi qoxular çox xoş ola bilər.