“Bürclərin Makiyaj Stilləri

Bürclərin Makiyaj Stilləri

Hansı bürc necə makiyaj etməlidir?

Od ünsürü- iddialı

Qoç, Şir və Oxatan bu ünsürün təmsilçiləridir. Od ünsürünün qadınları diqqət çəkməyi sevirlər. Buna görə də makiyajlarında da diqqət çəkici cizgilər və rənglərdən istifadə etməlidirlər. Bu ünsürün qadınlarının rəngi qırmızı və qaradır. Gözlərdə qara kölgə və qələmçəkməkləri, laynerdən istifadə etməkləri tövsiyə olunur. Pomada və ənlikdə qırmızı rəngi seçməklə diqqət çəkmək istəklərini tətmin edə bilərlər.

Su ünsürü-hissiyatlı

Bu ünsürün bürcləri Xərçəng, Əqrəb və Balıqdır. Bu ünsürün rəngi yaşıldır.

Göz makiyajında qəhvə rəngi qələmlər və ağ göz kölgələrindən, ənlikdə isə şaftalı rəngdən daha çox istifadə etməlidirlər. Pomada seçimində isə çəhrayının bütün tonları və narıncı rəng istifadə etməkləri daha uyğundur.

Hava ünsürü-müstəqil

Hava ünsürünün bürcləri olan Əkizlər, Tərəzi və Dolça müstəqilliyin və azadlığın təmsilçiləridir. Bu ünsürdə olan qadınların rəngi mavi və çəhrayıdır. Göz makiyajında mavidən tünd göyə qədər bütün tonları istifadə edə bilərlər. Yanaqlara çəhrayı rəngdə ənlik vurulması üzün daha parıltılı görünməsinə şərait yaradacaqdır. Pomada da isə yenə də çəhrayı və onun tonlarına üstünlük verməkləri tövsiyə olunur.

Torpaq ünsürü- sakit

Torpaq ünsürü qadınları sakit təbiətli olurlar. Buğa, Qız və Oğlaq bürcü bu ünsürdəndirlər. Bu ünsürdən olan qadınlar dəbdəbəni sevmirlər və sadəliyə üstünlük verirlər. Buna görə onların makiyajda da sadə və gözə çarpmayan rənglərdən istifadə etməkləri lazımdır.

Bu ünsürün rəngi isə qəhvə rəngidir. Üzün hər bir qismində bu rəngdən rahatlıqla istifadə edə bilərlər. Göz kölgələri, ənliklər və pomadalarda bu rəngə üstünlük verməlidirlər. Bununla yanaşı açıq rəngli dəriyə sahib olanlar şaftalı rəngin tonlarından da istifadə edə bilərlər.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar