“Bürcünüzə görə necə ana olacağınızı öyrənin!

Bürcünüzə görə necə ana olacağınızı öyrənin!

Qoç bürcü anası

O, əyləncəli və enerjisi yüksək bir anadır. Qoç anasını bir uşaq kimi təsəvvür edə bilərsiniz. Çünki uşaqları ilə yaxşı empatiya qurur və bu cəhətini heç itirmir. O, xüsusilə mübahisə zamanı uşaq kimi hərəkət edə bilər.

Buğa bürcü anası

Buğa anası evi üçün hər şeyin ən yaxşısını etməyə çalışır. Venus planeti ona enerji verir. Ailəsi üçün yemək hazırlamağı çox sevəcək.

Əkizlər bürcü anası

Əkizlər anası həqiqətən uşaq qalmış ola bilər. Uşağı ilə arasında olduqca açıq bir ünsiyyət vardır. Ənənəvi anlayışlara icazə vermir. O, nəsillərarası qarşıdurma yaşamayacaq.

Xərçəng bürcü anası

Ona bir az da qanunların anası deyə bilərik. Evi və yuvasının istiliyi üçün çox çalışacaq. Təhlükəsizlik onun üçün çox vacibdir. Ona görə də uşaqları nə qədər böyüsə də, onları qorumaq istəyəcək.

Aslan bürcü anası

Əyləncəli bir anadır. İkinci uşaqlığını yaşayacaq. Onların xəyal gücü çox genişdir. Ancaq uşaqlarının səhv hərəkət etməyəcəyinə həddindən çox güvənməməlidir.

Qız bürcü anası

Uşaqlarının həyatını qorumaq üçün təəccüb doğuracaq dərəcədə üstün qabiliyyətləri vardır. Hər şeyi mükəmməl hala gətirirlər. Gündəlik həyat üçün asanlıq yaradacaq mühitlər yaradırlar.

Tərəzi bürcü anası

Qayda-qanunu sevən bir anadır. Uşağı üçün ən yaxşısını tapmağa çalışır. Hörmət və təhsilə çox diqqət edir. Qayda-qanunu əldən buraxmır və uşaqlarıyla fərqli fikirlər barədə müzakirə edərək ortaq yolu tapmağı sevir.

Əqrəb bürcü anası

Onun üçün uşaqları bir möcüzədir. Hissləri o qədər güclüdür ki, bəzən qorxuducu ola bilər. Mövzu övladları olduqda çox dərin və həssas bir insan olacaqdır.

Oxatan bürcü anası

Onun üçün uşaqlar dünyaya öz həyat yollarını tapmaq üçün gəlirlər. O, cəsur və kəşf etmək qabiliyyəti yüksək bir anadır. Daim yenilikləri öyrətməyə meyilli bir ana olacaq.

Oğlaq bürcü anası

Fədakar, çalışqan və özünü uşaqlarına həsr edən analardır. Ona yaxşı gələcək vermək üçün var gücü ilə çalışır. Hər şey övladları üçündür. Çox vaxt özünü düşünməyəcək.

Dolça bürcü anası

Qeyri-adi üsullarla uşaq böyütmək barəsində olduqca uğurludurlar. Problemləri həll edə bilmək, alternativ həll yolları tapmaq barəsində övladlarını dəstəkləyəcəklər.

Balıq bürcü anası

Övladları ilə arasında telepatik bir əlaqə vardır. Uşaqları ilə, adətən, yaxşı yola gedirlər və onların aidlik hissini, inam hissini yaşamağını təmin edirlər. Bilikli və empatiya qurmağı bacaran analardır.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar