“Günlərə görə şanslı rənginizi bilirsinizmi?

Günlərə görə şanslı rənginizi bilirsinizmi?

Şanssız olduğunuzu fikirləşirsiniz? Bəlkə də bunu dəyişdirə biləcəyinizin fərqində deyilsiniz. Özünüzü yaxşı hiss etmək üçün rənglərin və duaların gücündən faydalana bilərsiniz.

Bazar ertəsinin şanslı rəngi

Bazar ertəsi günü qadınlar üçün qırmızı ayaqqabı böyük bir şansdır.

Kişilər üçün isə şanslı rəng yaşıldır. Yaşıl rəngli köynək geyinə bilərlər.

Bazar ertəsinin şanslı rəqəmi 3-dür.

Çərşənbə axşamının şanslı rəngi

Çərşənbə axşamı həftənin ən şanssız günüdür və demək olar ki, çox adamın işləri bu gün tərs gətirir. Bu gün riskli işlərdən uzaq durun. Ancaq riskli işlərinizi mütləq 2-ci gün həll etməlisinizsə, onda bu günün rəngi qaradır.

Çərşənbə gününün şanslı rəngi

Şans qapısının ən geniş aralandığı günlərdən biridir. Şans işləri ilə əlaqəli nə işləriniz varsa, bu günə salmağınız kifayətdir. Çərşənbə gününün ən uğurlu rəngi firuzəyidir. Bu rəng sizə çox kömək olacaq. Mümkünsə, üzərinizdəki bütün geyimləri bu rəngdə seçib, dəstləşdirin.

Cümə axşamının şanslı rəngi

Diqqətli olun! Cümə axşamı xüsusən də qadınlar üçün çox böyük hədiyyələrin olacağı vəd edilir. Bu gün məhz qadınlara xitab edir. Xeyirli qismət günüdür.

Cümə axşamında torpaq tonlarında geyimlər geyinin. Ayaqqabınızı da eyni rəngdə geyinə bilərsiniz, ancaq bu tilsimin daha da qüvvətli olmasını istəyirsinizsə, qaralmış gümüş rəngi aksesuarlar da sizə uğur gətirəcək. Əsasən də naxışsız aksesuarlar.

Cümə gününün şanslı rəngi

Cümə su günüdür və bütün uğurlu qapılar su ilə açılır. Bu gün sudan çox istifadə edin. Əsasən də dəniz, göl qırağında olmağa çalışın. Çox su için və əlinizi tez-tez yuyun. Geyindiyiniz geyimlərin rəngi də açıq rəngli olsun.

Su rəngi, ağ, ağa yaxın sarı, açıq mavi, maviyə yaxın rənglərdən geyinməyə çalışın.

Şənbə gününün şanslı rəngi

Alovun gücünü göstərdiyi gündür. Bu gün hər şey alovla əlaqəlidir. Sizin də alova yaxın olmağınız şansınızın artması deməkdir. Alov rəngli paltarlar geyinin. Qırmızı və sarı tonlarından istifadə edin. Parlaq, diqqət çəkən geyimlər geyinməyə üstünlük verin. Ayaqqabılarınızı da alov rəngində seçin.

Şənbə günü sizə xüsusən alovlu məhəbətin yolunu göstərəcək və bəxt qapılarınızı açacaq.

Bazar gününün şanslı rəngi

Bazar günü gəzinti günüdür və açıq havada olanların şansı gətirəcək. Bu şansdan siz də öz nəsibinizi almaq istəyirsinizsə, gül qurusu tonlarında geyimlər seçməlisiniz. Çox açıq yaşıl rəngdən də istifadə edə bilərsiniz. Amma ayaqqabınız ağ rəngdə olmalıdır.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar