Türkiyənin məhşur astroloqu və moda sahəsində öz damğasını vuran Cemil İpekçi hansı bürclər necə geyinməlidir mövzusunda 4-5 ildir üzərində işlədikləri bir layihə hazırlayıblar. Həmin lahiyəni sizə təqdim edirik.
Qoçlar diqqət cəlb edən, zərif, müasir xətləri üzərində daşıyan geyimlər seçməlidirlər.
Geyimlərinin rəngi: Qırmızı və səma mavisi
Buğalar gündəlik həyatda istədikləri kimi geyinə bilərlər, ancaq ziyafətlərə qabarıq, uzun, quyruqlu və gupurlu əl işləməli geyimlər seçməlidirlər.
Geyimlərinin rəngi: narıncı, bənövşəyi və açıq yaşıl
Əkizlər bürcü müasir, müasir xətlər olan, asimmetrik və bohem tərzi geyimlər seçməlidirlər.
Geyimlərinin rəngi: Gümüşü, mirvari rəngi, səma mavisi
Xərçənglərin qarderoblarında zərif əl işləmələri ilə bəzənmiş jiletlər və ətəklər geniş yer tutmalıdır.
Geyimlərinin rəngi: Narıncı, narıncı tonları və firuzəyi
Şirlər diqqət çəkən, parlaq geyimlər, göstərişli, kiçik dekoltesi olan geyimlər seçməlidirlər.
Geyimlərinin rəngi: Qızılı və qırmızı
Qızlar açıq tonlarda uzun ətəklər, uzun bel şalvarlar seçməlidirlər.
Geyimlərinin rəngi: Qırmızı, şaftalı tonları, bənövşəyi və ağ
Tərəzilər gül-çiçək təsvirlərinin olduğu parçalar, gupurlar, əl işləmələri olan geyimlər seçməlidirlər.
Geyimlərinin rəngi: Səma mavisi və qırmızı
Əqrəblər inamlı, cəsur geyimlər, dar və bədən xətlərini ön plana çıxaran geyimlər seçməlidirlər.
Geyimlərinin rəngi: qırmızı və bənşövəyi
Oxatanlar uzun qabarıq ətəklər və gül təsvirlərinin olduğu qısa paltarlar seçməlidirlər.
Geyimlərinin rəngi: mavi və qara
Oğlaqlar bohem tərzdə, incə və dəb tələb edən geyimlər, ətəklərin ətəyində incə detalları ilə ön plana çıxaran geyimlər seçməlidirlər.
Geyimlərinin rəngi: Çəhrayı, bənövşəyi
Dolçalar müasir, asimmetrik və ruhunuzu ortaya qoyacaq geyimlər seçməlisiniz.
Geyimlərinin rəngi: elektrik mavisi
Balıqlarstraplez, asimmetrik pencəklər, straplez, asimmetrik pencəklər, traplez ətəklər seçməlidirlər.
Geyimlərinin rəngləri: mavi və bənövşəyi