“Hansı bürc necə sevgili olur?

Hansı bürc necə sevgili olur?

Hər bürc qarşısındakı insanı əldə etmək üçün bəzi taktika və strategiyalar tətbiq edir. Bunları sizlər üçün sıraladıq.

Qoç bürcü

Baş rol: O, adətən olduğu məkanda qarşı cinsdən ən diqqət çəkici olan kimdirsə, ona yönəlməyi sevir. Hər kəsin əldə etmək istədiyi birinin tək seçimi olmaq mükəmməl bir zəfər deyilmi? Sizi həyatının qadını olaraq görürsə, ürəyinizə gedən yarışda hər kəsin önünə keçə bilmək üçün dramatik jestlər edə bilər. Onunla birlikdə olmağın verəcəyi xoşbəxtlikləri mütləq göstərər. Bir şəkildə onu digərlərindən ayırmağınızı gözləyər. Həm diqqət mərkəzində olmağı sevər, həm də çox diqqət mərkəzində olmaqdan sıxıla bilər.

Buğa bürcü

O, səssiz və ağır bir insandır. Özünü sizə qalxan etməyə hazır imiş kimi görünür. Hər şeyinizlə maraqlanır. Sizi qorumağı və xoşbəxt etməyi əsas hədəf halına gətirir. Əvvəlcə xeyli yumşaq və anlayışlı bir görünüşlə başlasa və son dərəcə xoşa gəlsə də, bir müddət sonra həyatı sənin yerinə planlamağa başlaya bilər. Sizə öyrəşdiyi zaman bir müddət məhrumiyyət çəkməyə və laqeyd yanaşılmasına da səbr edə bilər. Amma bu uzun müddət davam etməz. Onunla olarkən çox dikbaş olmayın, amma boyun da əyməyin. Azacıq acı çəkməyi və həyəcanı sevirlər.

Əkizlər bürcü

Hər şey onunla daha möhtəşəm olacaqmış kimi düşündürəcək. Onunla sevgi yaşamaq rəqs etmək kimidir. Növbəti addımda sizdən nə gözlədiyini hiss etdirir. Söz vermir, amma ümidləndirir. Daha sonra da inkar edir. Çox sıxsanız, qaçıb gedər. Onunla davam etməyə qərarlısınızsa, bir az sərbəst buraxmağınızda fayda var.

Xərçəng bürcü

O, həyat sizin ayaq barmaqlarınızın ucundan başlayıb saç tellərinizin ucunda bitirmiş kimi davranacaqdır. Sizə zövq verən şeyləri bəxş edir. Bunun üçün də fədakarlıq etdiyini hiss etdirməyi sevir. Sizi xoşbəxt etmək üçün etdiyi hər şeyin altında əslində sizi bütövlükdə təslim etmə arzusu vardır. Artıq sizi əldə etdiyini anladığı zaman şikayətlər, tələblər, vəzifə siyahılarının dövrü başlayır. Çox həssas və qısqancdırlar. Ona lazım olan qədər diqqəti göstərməmiş olmağınızı qəbul etməkdə çətinlik çəkə bilər. Əgər sizinlə tək qaldığı zaman yorğunam, başım ağrıyır, yuxum gəlir kimi sözlər işlədirsə, bu, sizdən incidiyini göstərir.

Şir bürcü

Sizi kəşf etməkdən xoşu gəlir. İstiqanlıdır. Sizinlə hər mövzuda müzakirələr aparıb gənclik xatirələrini danışaraq güldürəcək və arada sizə anlamlı gözlərlə baxaraq diqqətinizi çəkməyə çalışacaqdır. Onu rədd etsəniz, buna çox əsəbləşərək sizdən uzaqlaşa bilər.

Qız bürcü

Qərarı başqasının verməsi fikri onu dəhşətə gətirə bilər. Qərarı o özü verməlidir. Bu qərar təslimiyyət olsa belə. Onun üçün hər şeyi ilə təslim olmaq çox çətindir. Sizin onu incitmə ehtimalınızın olmaması üşün üzərinizdə tam bir nəzarət qurduğuna inanmağa ehtiyacı vardır. Bu səbəblə də sizi bezdirə, anlamsız soyuqluqlar göstərə bilər. Verdiyiniz reaksiyaları diqqətlə nəzərdən keçirəcək və sizin də ona bənzər bir diqqət göstərdiyinizə əmin olmadan hərəkətə keçməyəcəkdir. O sizi çox üzsə belə, getməyinizə əsla icazə verməyəcəkdir. Nəticə olaraq Qız bürcü ilə sevgi bərabərlik münasibəti deyil, sahib ilə kölə münasibəti ola bilər. Ancaq öncədən kimin hansı rolda olacağını demək çətindir.

Tərəzi bürcü

Tərəzi üçün sevgi ustalıq tələb edən bir ağıl oyunudur. Sizi beyninə qoydusa, ağlınızı başınızdan alacaq və heç xəyal edə bilməyəcəyiniz manevrlərlə diqqətinizi öz üzərində tutmağı bacaracaqdır. Bunu da hər şeyə rəğmən yaşananlarla arasına zehni bir məsafə qoymasına borcludur. Onun nəzarəti xaricində meydana gələn hər gözlənilməz halda da hər şeyi öz istədiyi vəziyyətə gətirməyi çox gözəl bacarır. Oyunu izləyir, oyunçuların reaksiyalarını öyrənir, əlindəkiləri asanlıqla göstərmir. Bunun üçün lazım gəlsə, çox fərqli rollara da girə bilər.

Əqrəb bürcü

Tamamilə diqqətini sizə yönləndirərək sözləriylə olmasa belə, gözləri ilə və yaydığı enerji ilə sizi “ağlına qoyduğunu” hiss etdirəcəkdir. Bu səbəblə sizi də öz gəzdiyi dərinliklərə çəkmək üçün çalışacaqdır. İçinizdəki heyvanı oyandırana qədər çalışar. Bir dəfə onunla oynamağı qəbul etdiyiniz zaman sərhədsiz və qanunsuz bir sahəyə girmiş olduğunuzu anlayarsınız. Sizinlə olduqca möhkəm bir bağlılıq quracaqdır. Xoşbəxt olduğunu gördükcə bunu daha çox sevəcəkdir. Lakin sevgisinin öz nəzarətindən çıxdığını hiss edərsə, sizdən qurtulmaq istəyə bilər. Bir müddət sonra geri dönməsi də mümkündür. Bunu nəzərə alın ki, o heç vaxt sizin nə hiss etdiyinizlə maraqlanmayacaq.

Oxatan bürcü

Sizi hədəf olaraq seçdisə, Erosa çevrilə bilər. Ürəyinizi ələ almadan heç vaxt buraxmaz. Bunu edənə qədər son dərəcə səbrli, cürətli, incə şəkildə davrana bilər. Hədəfdə olduğunuz müddətcə özünüzü dünyanın ən vacib insanı kimi hiss edə bilərsiniz. Qurban olduğunuzu anlamağınız isə bir az uzun çəkə bilər. Bunu da yeni hədəflər seçdiyi zaman anlaya bilərsiniz. Ancaq o, bir dəfə onun olanın daim onun qalmasını istəyəcəkdir. Ona görə də ona sizi itirdiyini hiss etdirdiyiniz an geri dönüb sizi yenidən əldə etməyə çalışacaqdır.

Oğlaq bürcü

Oğlaqlar uzun bir yolun ortasında birdən-birə qarşınıza çıxan yaxşı tikilmiş bir bir saray kimidir. Ləziz yeməkləri, rahat otaqları olan, indiki dövrdə tapılması çətin olan bir nemət kimidir. O, öz məkanının şahıdır. Bu səbəbdən də hamı ona yaxınlaşmaq istəyər. O, isə ürəyinə xitab edəni seçər və qapını açar. Arzularınızı siz müəyyən etsəniz də, bünövrəsini o, qoyacaqdır. Yetərli olmaq onun üçün qürur məsələsidir. Qiymətini bilməsəniz, özünüzü qapının önündə tapa bilərsiniz.

Dolça bürcü

İzləndiyinin fərqindədir. Onunla maraqlamağınızı tez bir zamanda hiss edəcəkdir. Sizi təəccübləndirməyi bacaracaqdır. Sevgi macərasından gözlədiyi ona heyran qalmağınızdır. Bizim sonumuz nə olacaq tipli suallar verməməyinizdə fayda var. Çünki onun onsuz da sadiq, etibarlı biri olduğunu unutmamalısınız. Sizə həqiqətən aşiq olması üçün heç vaxt sirrini bilmədiyi bir sehrbaz olmalısınız.

Balıq bürcü

Bacarıqlılığı ilə diqqət çəkməyi çox yaxşı bacarır. O, əvvəlcə münasibətdən çox şey istəmədiyini, sadəcə diqqət və rahatlıq istədiyini deyir. Amma bir müddət sonra kefsiz olduğunu hiss edərsiniz. Tam olaraq nə istədiyini demədiyi üçün siz bunu gözlərinə baxaraq anlamalısınız. Siz onu qoyub getdiyiniz zaman qayıdanda əsəbdən alovlanmış birini görə bilərsiniz. O, öyrəşdiyi şeyi itirməkdən qorxur. Nəticə o, həm bir az çılğın, həm ürkək, həm də tələbkar biridir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar