Bulqurlu yaşıl mərcimək şorbası tərkibi
• 1 stəkan yaşıl mərcimək
• 3 xörək qaşığı bulqur
• 1 xörək qaşığı tomat
• 2 xörək qaşığı kərə yağı
• Bir çimdik quru nanə
• 1 quru soğan
• duz
Hazırlanması
1. 1 stəkan yaşıl mərcini 5 dəqiqə qaynadıb süzürük.
2. 1 lt suda mərcini yenidən qaynadırıq
3. Bir az qaynadıqdan sonra bulqurlar və tomatı əlavə edirik.
4. Bişdikdən sonra başqa bir tavada soğan yağda qovrulur.
5. Soğanlar tamamilə qovrulduqda sonra istəyə bağlı olaraq nanə əlavə edilir və sobanı söndürürük ki, nanələr yanmasın.
6. Qovrulan nanə və soğan qarışımı şorbaya əlavə edirik və qarışdırırıq.
Nuş olsun!