Hər kəs sarımsağın nə qədər faydalı olduğunu bilir. Sarımsaqdan hazırlayacağınız yeməklər ilə həm sağlığınızın qayğısına qala bilər, həm də ləzzətli bir təam yemiş olarsınız. Sarımsaqlı yeməklər arasında ən faydlı olanlardan biri də sarımsaq supudur. Ürək-damar xəstəliklərinə və soyuqdəyməsi olanlar üçün çox faydalıdır.
Hazırlamaq üçün lazım olan ərzaqlar
2 ədəd Kartof
1 ədəd Qırmızı dolmalıq bibər
1 ədəd Balqabaq
1 ədəd Kök
1 ədəd Soğan
6-7 diş sarımsaq
1 dəstə Şüyüd
1 qutu Krem
duz
istiot
zirə
Kəklikotu
Hazırlanması
Kartof, bibər, balqabağı, yerkökü və sarımsağı kiçik parçalara ayırıb qazana doldurun. Tərəvəzlərdən 3 barmaq hündürlüyündə su tökün və qaynadın. Daha sonra onu blenderdən keçirin. Kremi və ədviyyatları əlavə edin. 10 dəqiqə də bişirib, şüyüd əlavə edin. Nuş olsun!