Tərkibi:
2 xörək qaşığı kərə yağı
3 pomidor (orta ölçülü)
1 banka tomat
3 diş sarımsaq
Su
250 ml qaymaq
1 toyuq bulyonu
2 çay qaşığı istiot
2 çay qaşığı duz
2 çay qaşığı pul bibər
1 qənd
1 xörək qaşığı un+yarım stəkan su
Hazırlanması:
Kərə yağını əridək və sarımsaqları tavada qovuraq.
Pomidorları iri-iri doğrayıb əlavə edək.
Tomatı da əlavə edib qovuraq və sonra mikserlə qarışdıraq.
Suyu tökürük, amma sup çox sulu olmamalıdır.
Vam qazda bişirərək qaymağı əlavə edirik.
Ədviyyatları, son olaraq 1 xörək qaşığı unu və yarım stəkan suyu qarışdırıb şorbamıza əlavə edirik.
Üzərinə rəndələnmiş Holland pendiri ilə servis edə bilərsiniz.
Nuş olsun!