Ərzaqlar:
- 5 ədəd böyük, sulu pomidor
- 1 yemək qaşığı un
- 1 yemək qaşığı kərə yağı
- 4 su stəkanı isti ət suyu
- 2 çay stəkanı süd
Servis üçün:
- 1 su stəkanı sürtgəcdən keçirilmiş holland pendiri
Qeyd: Pomidor şorbasını ət suyu əvəzinə toyuq suyu istifadə edərək də bişirə bilərsiniz.
Hazırlanması:
1. Kərə yağını bir tavada əridin. Un əlavə edib, biraz kərə yağında qovurun.
2. Qabığını soyduğunuz pomidorları sürtgəcdən keçirin və qovrulmuş un qarşığına əlavə etdikdən sonra 5 dəqiqə bişirin.
3. Üzərinə isti halda olan ət suyunu əlavə edin. Çürüməməsi üçün kiçik bir qabda qızdırdığınız sütü az-az əlavə edib, sürətlə qarışdırın.
4. Şorba qaynadıqdan sonra ocağın altını azaldaraq 15 dəqiqə də bişirin.
5. Servis kasalarına yerləşdirdiyiniz şorbanın üzərinə sürtgəcdən keçirilmiş holland pendiri əlavə edərək isti halda servis edə bilərsiniz.
Nuş olsun!