Yayla şorbası
Ərzaqlar
1 yemək qaşığı un,
2 yemək qaşığı kərə yağı
1.5 stəkan qatıq
1 stəkan düyü
1 yumurta sarısı
1 yemək qaşığı quru nanə
5 stəkan su
Duz
Hazırlanması
İlk olaraq düyünü yuyub 3 stəkan suda qaynadıb sonra qalan 2 stəkan suyu da töküb soyumağa qoyuruq. Digər tərəfdən yumurta sarısı, un və qatığı bir qabda yaxşıca qarışdırırıq. Şorbanın suyunu yavaş-yavaş bu qarışığa əlavə etməyə başlayırıq. Daha sonra isə bütün bu qarışığı qaynadırıq. Quru nanəni ilə kərə yağını qızğın halda servis edərkən şorbanın üzərinə tökürük. Nuş olsun!
Qeyd: Şorba qaldıqca qatılaşa bilər, bunun üçün servis edərkən üstünə isti su əlavə edə bilərsiniz.