Ginekoloji müayinə bütün qadınlar üçün çox önəmlidir. Hər bir qadın müəyyən periodlarda mütləq müayinədən keçməlidir. Çünki qadınlarda yaranan hər xəstəliyin öncədən müəyyən edilməsi həyati risklərin aradan qaldırılması üçün çox önəmlidir. Bəs bakirə qadınlarda ginekoloji müayinə necə aparılır?
Bakirə qadınlarda spekulum adlanan müayinə edilmir. Sadəcə gözlə baxılaraq axıntı nümunəsi götürülərək test edilə bilər. Bundan əlavə sidik kisəsi doldurularaq abdominal üsulla USM edilə bilər.