Hamiləlikdən qorunmaq üçün istifadə edə biləcəyiniz oral kontraseptivlər ilə istədiyiniz zaman və istədiyiniz sayda uşaq sahibi ola biləriniz. İstənməyən hamiləliyin qarşını almaq məqsədilə istifadə olunan bu həblər, iki cürdür; esterogen və proesterogen hormonu olan və ya sadəcə proesterogen hormonu olanlar.
Bu həblərin hamiləliyin qarşısını almaqdan başqa faydaları da var. Polikistik over sindromu, şokolat kisti kimi xəstəliklərin müalicəsi üçün də istifadə edilir. Eyni zamanda istənməyən tüklər və sızanaqların qarşısını almaq üçün də qoruyucu həblər məsləhət görülür. Aybaşı gecikmələrinin qarşısını alır və qaydasına salır. Yumurtalıq kistləri və rəhm ağzı şişlərinə qarşı qoruma əmələ gətirir.
Bəs bu həblər necə hamiləliyin qarşısını ala bilir?
Hər iki növ həb də rəhm ağzında və iç üzündə bir neçə dəyişikliklər əmələ gətirir. Spremlərin rəhm ağzından keçməsinə maneə yaradır və yumurta hüceyrəsinin uşaqlığa yapışmasının qarşısını alır. Proesterogen və esterogen olan həblər daha yaxşı qoruma yaradır, çünki ovulyasiyanı dayandırır və yumurtlamanın qarşısını alır. Dərini gözəlləşdirir, sızanaqları və tükləri azaldır. Kişi hormonu olan testesteron hormonunun ifrazsının qarşısını alır.
Özünüzə uyğun həbi müəyyənləşdirmək üçün mütləq həkimlə məsləhətləşin!