Uşaqlıq boynu eroziyasının inkişaf etməsinə müxtəlif infeksiyalar səbəb olur.
Bu infeksiyaların bəziləri qadın cinsi yollarında daimi olaraq yaşayır (stafilokoklar, streptokoklar və s.), bəziləri buraya bağırsaqdan keçir (bağırsaq çöpləri).
Digərləri isə qadın cinsi əlaqə zamanı (ureaplazma, mikoplazma, xlamidiyalar və s.) yoluxa bilir. Bütün bu infeksiyalar və mikroblar üçün müvafiq münbit şərait yarandıqda (qadının immunitetinin zəifləməsi, hormonal patologiyalar nəticəsində uşaqlıq boynu seliyinin tərkibinin pozulması, uşaqlıq yolunun disbakteriozu, qadın cinsi orqanlarının iltihabi xəstəlikləri və s.), onlar sürətli şəkildə artaraq sözün əsl mənasında uşaqlıq boynunun selikli qişasını “yeyirlər”.
Digər halda, abortdan (süni uşaqsalma), doğuşdan, kobud cinsi əlaqələrdən sonra uşaqlıq boynu zədələnir, onun selikli qişasında çatlar, zədələnmə sahələri əmələ gəlir ki, bu da sonradan həmin yerdə eroziyanın yaranmasına səbəb olur.
Bakterial vaginozis nədir? Necə müalicə olunur?