“HPV nədir? Necə yoluxur?

HPV nədir? Necə yoluxur?

Papilloma virus nədir?
İPV (insan papilloma virusları) papovavirus ailəsinə mənsub, papillomavirus cinsinin viruslarıdır. Yalnız insandan insana ötürülərək toxumalarda dəyişikliklərə səbəb olurlar. İPV-nın 100 dən çox tipi məlumdur. Onlardan 40 dan çoxu kişi və qadınlarda anogenital traktda (cinsi orqanlar və anal nahiyyədə) şişuclu kondilomaları əmələ gətirirlər. Bunlardan bəziləri zərərsiz hesab olunsa da , bir qismi ziyillər əmələ gətirir, digərləri isə xərçəngə səbəb olurlar.
Cinsi yolla yoluxan xəstəliklər içərisində çox yayılan viruslardan hesab olunur.
Yoluxma yolları:
– Anogenital ziyillərin (şişuclu kondilomaların) əsas yayılma yolu cinsi hesab olunur. Bura eyni zamanda oral-genital və anal kontakt da daxildir.
– Yenidoğulmuşlarda yoluxma doğuş zamanı baş verir ki bu da uşaqlarda laringeal papillomatoza və körpələrdə anogenital ziyillərə səbəb olur.
– Törədicilər uzun müddət ictimai yerlərdə (hamam, sauna, basseyn) həyat qabiliyyətlərini saxladığından insan orqanizminə cızıq və zədə yerlərindən keçə bilirlər.
– Autoyoluxma (autoinokulyasiya ) da mümkündür.
Orqanizmə düşən papilloma virusları epitel sahəni zədələyirlər. Lakin əsas zədələnmə sahəsi çoxqatlı yastı epitelinin silindrik epiteliyə keçid sahəsi hesab edilir. Zədələnmiş hüceyrədə virus iki formada olur: episomal (hüceyrəxarici) hansı ki xoşxassəli forma hesab edilir və introsomal (hüceyrədaxili, genoma təsir edərək) bədxassəli şişi meydana gətirir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!