“Mensturasiyanız gecikirsə, bu bitkilərdən istifadə edin!

Mensturasiyanız gecikirsə, bu bitkilərdən istifadə edin!

Mensturasiyamız gecikəndə bədənimizdə müxtəlif dəyişikliklər meydana gəlir. Sızanaqlar, qara nöqtələr, qarın ağrısı kimi simptomlar mensturasiyanın gecikməsi nəticəsində ola bilir. Bəs bu gecikmələrə qarşı nələr etməliyik? Aybaşı gecikməsi zamanı hamımızın evində olan bitkilərdən istifadə etmək olar. Bu bitkiləri sizin üçün araşdırdıq.

Kəklikotu

Demək olar ki, hər evdə olan və ən asan tapılan bitkidir. İstifadəsi üçün 1 stəkan isti suyun içinə 1 çay qaşığı kəklikotu əlavə edib 10 dəqiqə gözləyin. Hər yeməkdən sonra hazırlayıb için.

Labada toxumu

1 labada toxumunu 1 stəkan qaynar suya əlavə edib dəmləyin. Gündə 2 stəkan için.

Kök

Ən asan tapılan tərəvəzlərdən biri də kökdür və mensturasiya üçün çox xeyirlidir. Aybaşıdan 2 gün əvvəl 2 ədəd kökü rəndələyib yeyin.

Zərdəçal

Toz halında olan zərdəçalı qatıqla qarışdırıb yeyə bilərsiniz.

Sarı kantaron

Adət başlatmaq üçün 1 çay qaşığı sarı kantaronu 1 stəkan suda dəmlədin. Günorta və axşam yeməklərindən sonra 1 stəkan için.

Şüyüt

Aybaşı sancılarına faydalı olan şüyüt həm də gecikmələrin qarşısını alır. Periodunuzdan bir neçə gün əvvəl şüyüdü doğrayıb üzərinə limon sıxaraq yeyə bilərsiniz.

Kök toxumu

1 çay qaşığı kök toxumunu 1 stəkan suyun içində 10 dəqiqə gözlədin. Yeməkdən sonra 1 stəkan için.

Bibər

Xüsusi günlərinizdən bir neçə gün əvvəl 2 ədəd bibər yeyin.

Çörəkotu

1 yemək qaşığı çörəkotu toxumunu 1 stəkan suda 10 dəqiqə gözlədin. Tox qarına için.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!