“Menopoz perioduna diqqət etməlisiniz

Menopoz perioduna diqqət etməlisiniz

Menopoz bir çox qadının qorxduğu perioddur, lakin diqqətli davransanız bu periodu problemsiz keçirə bilərsiniz. Qulaqdan qulağa yayılan məlumatlarla hərəkət etmək yerinə həqiqətlər ilə üzləşməyiniz çox daha sağlıqlı və doğru olacaq. Dünyaya uşaq gətirmə qabiliyyətinin itirilməsi olaraq bilinən menopoz dönəminin başlaması ilə qadın bədənində bir çox dəyişikliklər baş verir.
Menopoz müddətində bədəndə baş verən dəyişikliklər
Bədəndəki tempraturun artması
Yuxu nizamının pozulması və gecə yuxularının narahatlıq verməsi
Cinsi münasibətin daha ağrılı və sancılı olması
Stress
Özünə inamın itməsi
Depressiya
Cinsi maraq və istəyin azalması
Menopoz periodunda seks
Menopoz müddətində cinsəlliyin bitdiyi kimi bir şayiə olsa da bu doğru deyil, əlbəttə. Cinsi maraq müəyyən müddət azalsa da bu hər qadında eyni şəkildə baş vermir. Bəzi qadınlar menopoz müddətində daha istəkli olur, bəziləri isə özünü cinsi münasibətdən tamamilə uzaq tutur. Bu vəziyyətin psixoloji təsirləri də mövcuddur və qadın menopoza girməsi ilə birlikdə psixoloji olaraq da özünü cinsi münasibətdən uzaqlaşdırır. Daha sağlam ruh və psixoloji formada hərəkət etsəniz menopoz zamanı da cinsi münasibətiniz normal olacaq.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!