Ərzaqlar:
- 3 stəkan un
- 3/4 stəkan şəkər tozu
- 3 ədəd yumurta
- 3 yemək qaşığı kərə yağı
- 1/2 stəkan badam
- 1/2 stəkan qurudulmuş qarışıq meyvə parçaları
- 1/5 qabartma tozu
- 1/2 duz
Üzəri üçün:
- 1 ədəd yumurta sarısı
- 1/4 stəkan şəkər tozu
Hazırlanması:
1. Sobanı əvvəlcədən 170 dərəcə temperaturda qızdırın. Un, qabartma tozu və duzu bir qaba əlavə edin.
2. Otaq temperaturunda saxlamış olduğunuz kərə yağı və şəkər tozunu krem halını alana qədər mikser vasitəsilə qarışdırın.
3. Kərə yağı və şəkər tozu qarışığına yumurtaları tək-tək əlavə edərək qarışıdırın.
4. Unlu qarışığı əlavə etdikdən sonra biscotti qarışığını taxta qaşıq vasitəsilə qarışdırın.
5. Badam qırıqları və qurudulmuş meyvə parçalarını əlavə etdikdən sonra qarışdırmağa davam edin.
6. Hazırladığınız xəmiri un səpdiyiniz mətbəx dəzgahının üzərində təxminən 5-6 sm enində, üzəri yüngülcə basıq iki ədəd rulon hazırlayın.
7. Rulonları yağlı kağız açdığınız soba qabına məsafəli şəkildə yerləşdirin. Üzərinə çırpılmış yumurta sarısı çəkib, şəkər tozu səpin.
8. Əvvəlcədən 170 dərəcə temperaturda qızdırılmış sobada 30 dəqiqə bişirin. İlk bişirmə prosedurundan sonra sobadan çıxardığınız və otaq temeraturunda qısa müddət saxladığınız rulonları diliməyin.
9. Dilimlədiyiniz biscottiləri əvvəlcədən 150-160 dərəcə temperatur ilə qızdırılmış sobada daha 20 dəqiqə bişirərək qurudun. Süfrəyə tam soyuq halda servis edin.
Nuş olsun!