“Peçenyeli bananlı rulon keks

Peçenyeli bananlı rulon keks

Ərzaqlar:
 
- 1 paket kakaolu peçenye
- 1 yemək qaşığı kakao
- 100 qr kərə yağı
- 1 stəkan süd
- 2 ədəd banan
- 1 paket krem şanti
 
Hazırlanması:
 
1. Peçenyeləri toz halına gətirin.
 
2. Dərin bir qabdakı peçenyelərin üzərinə süd, kakao və əritdiyiniz kərə yağını əlavə edin.
 
3. Yoğurduqdan sonra kənara qoyun və krem şantini hazırlamağa başlayın.
 
4. Yağlı kağızın üzərinə peçenyeli xəmiri yayın və biraz açın və üzərinə bir ədəd də yağlı kağız sərin. 
 
5. Oxlov vasitəsilə çox nazik olmayacaq şəkildə açın, çox nazik açdığınız halda rulon halına salanda çətinlik yarana bilər. 
 
6. Açdığınız peçenyelərin üzərindən yağlı kağızı gütürüb, krem şantini yayın.
 
7. Peçenyelərin uc hissəsinə bananları düzün.
 
8. Həmin uc hissədən başlayaraq altdakı yağlı kağız vasitəsilə rulon halına gətirin. 
 
9. Soyuducuda 1 saat saxladıqdan sonra dilimləyib, servis edə bilərsiniz.
 
Nuş olsun!

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!