“Qozlu peçenye resepti

Qozlu peçenye resepti

Tərkibi:
125 qr kərə və ya marqarin yağı (otaq tempraturunda)
1 çay qaşığı maye yağ
2 ədəd yumurta (birinin ağı üstünə gedəcək)
1 stəkan pudra şəkəri
1 stəkan buğda nişastası
Yarım paket qabartma tozu
Yarım paket vanil
3 stəkan un
Üstü üçün qoz ləpəsi

Hazırlanması:
Marqarinlə yumurtanı dərin bir qabda yağ əriyənə qədər yoğurun
Digər bütün inqridiyentləri də əlavə edib yapışmayan xəmir əldə edin (unu az-az əlavə edin)
Yumurtların ağını və qozları ayrı qablara qoyub xəmirdən qoz böyüklüyündə parçalar qoparın
Əlinizlə yumrulayıb öncəliklə yumurta ağına, sonra isə qoza batırın
Yağlı kağızın üzərinə qoyub sobada 170 dərəcədə 25-30 dəqiqə bişirin.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!