Ərzaqlar:
Keks üçün:
- 1 ədəd yumurta
- 1 stəkan şəkər tozu
- 1 stəkan duru yağ
- 1 stəkan süd
- 2.5 stəkan un
- 3 çay qaşığı qabartma tozu
- 1 paket vanil
- 40 qr kakao
Krem üçün:
- 2 ədəd yumurta sarısı
- 1 stəkan şəkər tozu
- 1 yemək qaşığı un
- 2 yemək qaşığı nişasta
- 2 stəkan süd
- 1 paket vanil
- Bişirdikdən sonra 1 paket krem şanti (toz halında istifadə edin)
Hazırlanması:
- Yumurta və şəkər tozunu yaxşıca çırpın.
- Duru yağ əlavə edərək çırpmağa davam edin. Süd də əlavə edib, tam qarışana qədər çırpın.
- Ayrı bir qabda un, qabartma tozu, kakao və vanili ələyin və yumurtalı qarışığa əlavə etdikdən sonra qarışdıraraq keks xəmirini hazırlayın.
- Xəmiri 2 hissəyə ayıraraq 2dəfəyə bişirməyiniz tövsiyə olunur. Düzbucaqlı soba qabını yağladıqdan sonra xəmirin ilk hissəsini əlavə edin və əvvəlcədən 180 dərəcə temeratur ilə qızdırılmış sobada 20 dəqiqə bişirin.
- Kremi üçün yumurta sarısı, şəkər tozu, un, nişasta və südü qazana əlavə edib, qarışdıraraq bişirin.
- Krem bişdikdən sonra vanil əlavə edib, qarışdırın.
- Daha sonra krem şantini əlavə edib, mikserlə çırpın. (Krem bir az qatı olur, amma krem şanti ilə çırpdıqda yumşalır)
- Hazırladığınız keksləri ürək formalı qəliblərlə kəsin.
- Kekslərin ilk qatının üzərinə hazırladığınız kremi sıxın.
- Üzərini digər dilim ilə bağlayın və onun da üzərini hazırladığınız krem ilə şəkildə gördüyünüz kimi bəzəyin.
Nuş olsun!