“Şokolad souslu yaş keks

Şokolad souslu yaş keks

Ərzaqlar:
 
- 4 ədəd yumurta
- 1.5 stəkan şəkər tozu
- 1 stəkan süd
- Yarım stəkan duru yağ
- 3 yemək qaşığı kakao
- 1 paket vanil
- 1 paket qabartma tozu
- 2 stəkan un
 
İslatmaq üçün:
 
- 1 stəkan süd
 
Şokolad sousu üçün:
 
- 1 stəkan süd
- 1 stəkan şəkər tozu
- 2 qaşıq kakao
- Yarım stəkan duru yağ
 
Hazırlanması:
 
1. Əvvəlcə yumurta və şəkər tozunu mikser ilə qarışdırın. 
 
2. Süd, duru yağ, kakao və vanil əlavə edib, qarışdırmağa davam edin.
 
3. Qabartma tozunu un ilə birlikdə əlavə edin ki, keksiniz daha yaxşı qalxsın. Bütün ərzaqları əlavə etdikdən sonra 4-5 dəqiqə də qarışdırın.
 
4. Əvvəlcədən 180 dərəcə temperatur ilə qızdırılmış sobaya keks xəmirinizi yerləşdirin və təxminən 25 dəqiqə bişməsini gözləyin.
 
5. Keks bişdikdən sonra isti-isti dilimləyin və üzərinə 1 stəkan soyuq südü bərabər paylanacaq şəkildə əlavə edin. 
 
6. Şokolad sousu hazırlamaq üçün ərzaqları kiçik bir qazana əlavə edərək ocağın üzərinə qoyun. Qaynayana qədər davamlı olaraq qarışdırın.
 
7. Qaynadıqdan sonra 2-3 dəqiqə gözləyin və isti-isti keksin üzərinə gəzdirin. 2 saat soyuducuda saxladıqdan sonra servis edə bilərsiniz. 
 
Nuş olsun!

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!