Bu yaş qrupundakı uşaqlar gündəlik ət, süd, taxıl, meyvə, tərəvəz, yağ və şəkər qrupu qidalarını qəbul etməlidir. Bu müddətdə gündəlik 350 mg kalsium ehtiyacı var. 250-300 gr süd, qatıq və bir kibrit qutusu ağ pendir bu ehtiyacı qarşılaya bilər. Sümüklərin inkişafı üçün bu vaxtda D vitamininə ehtiyac var. Dəmir ehtiyacı da bu dövrdə davam etməkdədir. Dəmirlə zəngin olan qidaların C vitamini ilə birlikdə verilməsinə diqqət edilməlidir. C vitamini bədəndə depolanmadığı üçün gündəlik qəbul edilməlidir.
İlk bir ildən fərqli olaraq artıq inək südü içilməsinə icazə var. Bu dövrdə 1-2 stəkan süd kifayətdir. Ancaq bəzi uşaqlar daha çox süd içmək istəyirlər. Bu uşaqlarda qəbizlik, qansızlıq kimi problemlərə səbəb ola bilər. Yumurta ağı və bal da bu dövrdə yavaş yavaş menyuya əlavə edilə bilər.
Bədənimizin bir az duza ehtiyacı var. Ancaq bu ehtiyac ilk illərdə o qədər də çox deyil. Gündəlik ehtiyacımız olan duz miqdarını başqa qidalardan da ala bilərik. Buna görə də uşaqlar ilk 1 yaşda duz ilə tanış edilməməli, 1 yaşdan sonrakı müddətdə də süfrədə duz qabı qoyulmamalıdır. Uşağı duzlu və şəkərli ağız dadına öyrəşdirməmək, irəliləyən yaşlarda duz və şəkər səbəbindən yaranan xəstəliklərdən qorumaq üçün edilə biləcək ən yaxşı tədbirlərdən biri budur.
1 yaşdan sonra uşaqlarda ən çox rast gəlinən problemlərdən biri iştahsızlıqdır. Uşağın 1 yaşından sonra böyümə sürəti azaldığı üçün fizioloji iştahsızlıq dövrü başlayır. 6-9 ay arası 400 qr. çəki qazanan körpəniz 1 yaşdan sonra ayda 200 qr. ala bilər. Ailəyə bu məlumat uşaq 1 yaşına girməzdən qabaq verilməlidir. Ailələr üçün iştahsızlıq kimi qəbul edilən bu dövr bir çox uşaq üçün təbiidir. Ayda 200 qram çəki qazanan uşaq çox yeməsi üçün məcbur edilməməlidir.