“Evdə boş şampun qabından övladlarınıza qələm qabı düzəldin

Evdə boş şampun qabından övladlarınıza qələm qabı düzəldin

Uşaqları ilə gözəl vaxt keçirmək hər bir valideynin istəyidir. Ancaq son illərdə uşaqlar mobil telefonlarla oynamağı üstün tuturlar. Bəzən də bu, valideynlərin də xoşuna gəlir. Uşaq sakitcə oturur, telefona başı qarışır və valideyn işlərini rahatlıqla görə bilir. Texnologiya sürətlə inkişaf edir və hər gün yeni bir oyun çıxır, ancaq telefon, kompüter, planşetlər övladlarınızın sağlamlığı üçün çox ziyanlıdır. Kompüter, telefon və planşetlərin yaydığı radiasiya insanda bədxassəli şişlərin yaranmasına səbəb olur və körpələr daha həssas olduqları üçün bu radiasiyanı tez qəbul edirlər.

Övladlarınızı bu zərər verici texnologiyadan uzaqlaşdırmaq üçün onlarla müxtəlif oyunlar oynayın və ya onunla birgə kağızdan, lazımsız əşyalardan yeni oyuncaqlar, onun istifadə edə biləcəyi əşyalar düzəldin. Həm bu oyun onun marağını cəlb edəcək, həm maraqlı gələcək, həm də zehni olaraq övladınızın beynini sürətləndirəcək. Leydi.az komandası valideynlər üçün axtarışlar etdi və lazım olmayan şampun qabından necə qələm qabı hazırlamaq olar başlığı altında yeni məqalə hazırladı.

Lazım olmayan şampun qabını kəsib, üzərinə kağızdan göz, burun, ağız düzəldib yapışdıraraq sevimli və hər uşağın xoşuna gələcək qələm qabı hazırlaya bilərsiniz.

Evdə boş şampun qabından övladlarınıza qələm qabı düzəldin


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar