“Uşaqları bronxitdən qorumaq üçün 10 tövsiyə

Uşaqları bronxitdən qorumaq üçün 10 tövsiyə

Uşaqlarda çox rast gəlinən və ağ ciyərlərin kiçik hava yollarının tıxanmasına səbəb olan bronxit xüsusilə, qış fəslində ortaya çıxır. Soyuqdəymə ilə bənzər olan əlamətləri bəzən astma ilə də qarışdırılır. Qrip infeksiyaları ilə yanaşı, soyuq, nəm,  ani temperatur dəyişikliyi və xüsusilə, sisli, çirkli hava, ev tozları, çiçək tozları, müxtəlif polenlər bronxitə səbəb ola bilir. 
 
Bronxitin qaynağı qripdir, amma astma kimi əlamət göstərir.
 
Hava yolu ilə və ya birbaşa təmas ilə yoluxa bilir
 
İki aydan daha az və ya heç ana südü ilə qidalanmamış körpələr, siqaret dumanına məruz qalan və doğuşdan var olan ürək və ya ağ ciyər problemli körpələr ilə vaxtından tez dünyaya gələn körpələr bronxitə daha yaxındır. Xəstəlik öskürək, asqırma ilə ətrafa yayılan virus dolu hissəciklər sayəsində asanlıqla yoluxa bilir. 
 
Uşaqları bronxitdən qorumaq üçün 10 tövsiyə:
 
1. Qrip xəstəsi olan ailə böyüklərinin körpələrdən və uşaqlardan mümkün olduqca uzaq olması bronxitə qarşı qoruyucudur.
 
2. Evin tez-tez havalandırılması, uşaqların qəbul etdiyi havanın təmizlənməsi çox vacibdir.
 
3. Ümumi gigiyena qaydalarına əməl etməli və ev nizamlı şəkildə təmizlənməlidir. 
 
4. Üst tənəffüs yolu infeksiyası olan insanlardan uzaq olmaq üçün xüsusilə, uşaqların qapalı məkanlarda uzun müddət qalamsının qarşısı alınmalıdır.
 
5. Uşaqların siqaret dumanına məruz qalmasına qətiyyən icazə verilməməlidir. 
 
6. Ana südü ilə qidalanma dəstəklənməlidir. Körpələrin xüsusilə, ilk 6 ay ana südü qəbul etməsinə diqqət edilməlidir.
 
7. Uşaqların bol miqdarda maye qəbul etməsi, gündəlik təzə tərəvəz və meyvə yeməsi təmin edilməlidir. Kiçik yaşlarından ehtibarən düzgün qidalanma vərdişləri qazanmalarında fayda var.
 
8. Uşaqların yanında ətir və dezodorant kimi kimyəvi maddələrin istifadəsi ən aza endirilməlidir.
 
9. Epidemiya zamanı uşaqları baxca kimi mühitlərdən uzaq tutmağa çalışın.
 
10. Ailə fərdlərinin bronxit və yoluxma yollarına qarşı məlumatlandırılması, zəruri tədbirlərin alınması təmin edilməlidir.

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar