Doğuşdan sonra hamiləlik zamanı aldığınız çəkilərdən azad olmaq üçün sağlam iradənizin olması vacibdir. Süd vermə səbəbi ilə bu müddət biraz uzana bilər.
Bəs südünüzü artırmaqla yanaşı eyni zamanda arıqlamaq da mümkündürmü?
Süd vermə müddətində südünüzü artıraraq artıq çəkilərinizdən də azad ola bilməyiniz üçün bu müddətdə diqqət etməli olduğunuz məqamları sizin üçün araşdırdıq.
Ana südü körpələrin ilk 6 ay ərzində mütləq qəbul etməli olduqları çox əhəmiyyətli bir qidadır. Südün keyfiyyəti nə qədər yaxşı olarsa, uşağın inkişafı da bir o qədər yaxşı olar. Bundan əlavə ana südü immun sistemini gücləndirdiyi üçün uşağı bir çox infeksiyon xəstəliklərdən də qoruyur.
Bu müddət ərzində ana arıqlamaq üçün ana südünü azaldacaq pəhrizlərdən uzaq olmalıdır. Əgər ana hamiləlik zamanı normal çəki sərhədini keçməyibsə, təxminən 6. ayın sonunda hamiləlik zamanı aldığı çəkilərdən azad olması mümkündür.
Süd verən analara 30 gün ərzində 2 kilodan artıq arıqlamağa çalışmaq tövsiyə olunmur.
Çəkilərinizdən yavaş-yavaş azad olmaq üçün balanslaşdırılmış və nizamlı şəkildə qidalanmaqla yanaşı, kifayət qədər maye qəbul etmək də tövsiyə olunur.
Nizamsız qidalanma nəticəsində həm ananın sağlamlığı pozular, həm də süd verimliliyi azalar. Bununla yanaşı, süd veren analar bunu bəhanə gətirərək iki nəfərlik yemək də yeməməlidir. Süd vermə müddətində olan bir ana nə həddindən artıq yemək yeməlidir, nə də artıq çəkilərindən azad olmaq üçün pəhriz saxlamalıdır. Normal qidalanıb, bol maye qəbul edərək və gün ərzində 1 saat idmanla məşğul olmaqla hamiləlikdə aldığınız artıq çəkilərdən yavaş-yavaş azad ola bilərsiniz.