“Uşaqların immunitet sistemini necə gücləndirmək olar?

Uşaqların immunitet sistemini necə gücləndirmək olar?

Uşaqların xəstəliklərə qarşı müqavimət qazana bilməsi üçün immunitet sisteminin güclü olması çox vacibdir. Uşaqlar böyüklərə nəzərən daha çox xəstə olurlar. Böyüdükcə immunitet sistemlərinin inkişaf etməsi ilə həmin xəstəliklərə qarşı müqavimət qazanırlar. İmmunitet sisteminin zəifləməsinə səbəb olan faktorlar arasında isə, qeyri-kafi və nizamsız qidalanma, yuxusuzluq və stress yer tutur. 

İmmunitet sistemi orqanizmin müdafiə sistemidir və immunitet sisteminin inkişafı ana bətnində başlayır. İlk aylarda immunitet sistemi zəif olur və zamanla yetkinləşərək orqanizmi qorumağa başlayır. Ananın hamiləlikdə qidalanması, keçirdiyi xəstəliklər və stresi körpənin immunitet sisteminin yaranmasında təsirli olur. Uşaq doğulduqdan sonra da qidalanması, yaşadığı mühitin fiziki vəziyyəti, keçirilən xəstəliklər, istifadə edilən dərmanlar və peyvəndlərlə immunitet sistemi inkişaf edir.
 
2 yaşına qədər ana südü
 
Körpələrin  güclü müdafiə sisteminin olması üçün sağlam bir orqanizmə sahib olması vacibdir.
İmmunitet sisteminin güclənməsi üçün ana südü ilə yaxşı və nizamlı şəkildə qidalanmalı, gigiyena qaydalarına da diqqət edilməlidir. Bunlarla yanaşı, körpənin peyvəndlərinin vurulması mövzusunda laqeyidlik etməməli, rahat yatması və dincəlməsi təmin edilməli, sağlam ətraf mühit şəraitinə əhəmiyyət verilməlidir.
 
Müdafiə sistemi tarazlığı üçün Omega 3 və Omega 6
 
Körpənin müdafiə sistemi tarazlığının qorunması üçün Omega 3 və Omgea 6 yağ turşularından da faydalanması vacibdir. Omega 6 yağ qaynaqlarının çoxunda var. Omega 3 isə kətan toxumu, qoz və balıqdan əldə edilə bilər.
 
Antioksidan olaraq adlandırılan A, C, D, E vitaminlərinin dəmir, sink və selenium kifayət qədər qəbul edilməsinə diqqət göstərilməlidir.
Bundan başqa, immunitet sistemini yaxşılaşdırdığı iddia edilən bəzi dərmanları da qəbul etməzdən əvvəl bir mütəxəssis həkimdən məsləhət almaq lazımdır.
Eyni şəkildə qrip peyvəndlərini də tətbiq etməzdən əvvəl həkimlə məsləhətləşmək olduqca əhəmiyyətlidir.
Son illərdə gündəmdə olan prebiotik və prebiotiklərin də müdafiə sistemindəki dəstəyini unutmamaq lazımdır.
 
Kifayət qədər yatmayan üşaqlar asanlıqla xəstələnir
 
Körpələrin və uşaqların immunitet sisteminin yaxşılaşmasında yuxu sistemi böyük rol oynayır. Böyüklərlə müqaisədə uşaqların daha çox yuxuya ehtiyacı var. kifayət qədər yatmayan, dincəlməyən uşaqların xəstəliklərə asanlıqla yoluxduğu bir həqiqətdir.
 
İmmunitet sistemini və tarazlığını pozan bəzi vəziyyətlər var:
 
- Ana südü qəbul edilməməsi
- Qeyri-kafi və nizamsız qidalanma
- Kifayət qədər yatmamaq
- Gigiyena qaydalarına əməl etməmək
- Kütləvi mühit
- Sağlam olmayan, siqaretli  ətraf mühit
- Təhlükəsizliyin təmin olunmadığı, sevgisiz və xoşbəxt olmayan ailə mühiti
 
Bunların hamsını bir bütün olaraq düşünməli, ən dəyərli varlıqlarımız olan uşaqlarımızı gözəl və sağlam şəraitlə təmin etməyə çalışmalıyıq.

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar