“Uşaqlar niyə fen səsi ilə yatır

Uşaqlar niyə fen səsi ilə yatır

“White noise” yəni bəyaz gurultu və ya səs. Məsələn, dəniz səsi, yağış səsi, külək səsi, radio səsi, duş səsi, tozsoran və s. kimi səslərdir. Bəyaz səslər ilk anlayışda qulağa narahatedici gəlsə də, əslində rahatlaşdıran bir dalğaya sahibdir. Uşaqların bir yaşına qədər bu səslərlə yatması onları rahatlaşdırır. Bəyaz gurultunun uşaqları rahatlaşdırmasına səbəb onların hələ ana bətnindəykən eşitdikləri uğultuya bənzətmələridir. Elə bu səbəbdən də uşaqlar bu səsi eşitdikləri zaman özlərini güvəndə hiss edirlər. Bəlkə də uşaqlıqdan öyrəşdikləri üçün bu səslər bəzi yetişkin insanları da rahatlaşdırır. Uşaqlar bu səsləri eşitdikləri zaman sakitləşir və özlərini güvəndə hiss edirlər. Hətta uşaqların sakitləşməsi üçün bəyaz gurultu səsi çıxaran aparatlar da hazırlanmışdır. Bu kimi səsləri siz internetdən də tapa bilərsiniz. Bəs bəyaz gurultunun faydaları və zərərləri nələrdir?
Bəyaz gurultunun faydaları:
• Bəyaz gurultu, uşağı rahatlaşdırır, stressini azaldır. Sadəcə uşaq yatarkən deyil, gün boyunca da onu stressə sala biləcək oln hər şeydən uzaqlaşdırır.
• Bəyaz gurultu uşaqların daha rahat yatmasını və daha asan yuxuya getməsinə səbəb olur. Eyni zamanda da uşaqların yuxusunun bölünməsinin də qarşısını alır, kənardan gələn səslər uşağa təsir etmir.
• Bəyaz gurultu uşaqların ağlamasının qarşısını alır. Çünki bu səs uşaq ağlama səsini boğur və uşaqları sakitləşdirir.
• Bəyaz səs Ani Uşaq Ölümü Sindromuna (SİDS) qarşı uşağı qoruyur.
• Xüsusilə kolik uşaqları sakitləşdirir və rahatlaşmasını təmin edir.
• Bəyaz gurultu eyni zamanda valideynlərin də rahat yatmasını təmin edir.
Bəyaz gurultu uşaqların eşitməsini zəiflədirmi?
Bəyaz gurultunun uşaqlara bu qədər faydaları olmasına rəğmən bəzi həkimlər uşaqlarda bu səsin eşitmə zəifliyi yaratdığını iddia edirlər. Science Magazine jurnalında yayımlanan bir məqaləyə əsasən Dr. Edvard və Dr. Maykıl siçovullar üzərində apardığı təcrübədən müəyyən etmişdir ki, bəyaz gurultu onların eşitmə sisteminin gec inkişaf etməsinə səbəb olur. Uzun müddət bəyaz gurultuya məruz qalan uşaqların eşitmələrində problem yarana bilər. Həkimlər uşaqları bütün gün bəyaz gurultuya məruz qoymaqdansa, onların gün ərzində bir miqdar bəyaz gurultu dinləməsinin faydalı olduğunu deyirlər.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar