“Uşaqların yuxuda dişlərini sıxmasının səbəbləri nələrdir?

Uşaqların yuxuda dişlərini sıxmasının səbəbləri nələrdir?

"Bruksizm" adı verilən bu narahatlığa xüsusilə 5 yaşından kiçik uşaqlarda rast gəlinir və ciddi problemlərin xəbərçisi ola bilər.
Bu səbəbdən valideynlərin diqqətli olub, bu vəziyyəti izləməsi və problemin həlli üçün hərəkətə keçməsi lazımdır.
 
Uşaqlarınızın yuxuda dişlərini sıxmasının əsas səbəblərindən biri stress ola bilər. Özünü stressli hiss edən uşaq bunu ifadə edə bilməsə də yuxuda bu şəkildə özünü biruzə verir.
 
Problemin müxtəlif səbəbləri də ola bilər. Yalnız stress səbəb olaraq göstərilməməlidir. Əsas səbəblərdən biri də dişlərin üzərindəki yerli amillərdir. Diş deformasiyaları və qapanma problemləri kimi səbəblər uşağınızın dişlərini sıxmasına səbəb ola bilər. 
Müşahidələrlə dəqiqləşdirməyin mümkün olmadığı və mütləq bir mütəxəssis həkim köməyi ilə diaqnoz qoyula bilən səbəblər isə sistematik amillərdir. Düzgün qidalanmamaq, bağırsaq parazitləri, allergiya və Endokrin xəstəliklər bu şəkildə əlamət göstərə bilir və ciddi problemlərin xəbərçisi ola bilər.
 
Bununla yanaşı, hiperaktiv uşaqlar daha çox bu vəziyyət ilə qarşılaşır. Hiperaktiv olan uşaqlar hərəkətliliklərini yuxuda bu şəkildə əks etdirirlər  və bu səbəbdən də oyandıqları zaman baş və qulaq ağrısı ola bilər. Bəzən bu hərəkətlilik səbəbi ilə dişlərin mina qatının zədə alması da müşahidə edilir.
 
Sonda qeyd edək ki, uşaqların yuxuda dişlərini sıxması ciddi bir mövzudur və bir mütəxəssislə məsləhətləşmək mütləqdir. Bizim psixoloji səbəblərə görə yaşandığını zənn etdiyimiz problem daha ciddi sağlamlıq problemlərinə işarə ola bilər. 

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar