Qış aylarında tez-tez zökəm və qrip olan, burnu axan, burnu tutulan, qaşınan, xüsusən gecələr artan öskürəyi, xırıltısı olan və nəfəsalmada çətinlik çəkən uşaqların xəstələnmələrinin səbəbi allergiya ola bilər.
Bəs allergiya nədir?
Eyni miqdarda və eyni şəraitdə başqaları üçün zərərsiz olan yad maddələrə bəzi insanların həssaslıq göstərməsi allergiya adlanır.
Uşaqlarda allergiya əsasən qida allergiyası şəklində başlayır, daha sonra tənəffüs allergenləri: ev tozu gənələri, kif, bitki tozcuqları, heyvan epiteli allergiyası ilə davam edir. Uşaq yaşlarda inkişaf edən allergiya böyüdükcə keçə bilər, lakin şiddətlənib daha ağır xəstəliklərə də çevrilə bilər.
Bu halların baş verməməsi üçün mütləq mütəxəssisə müraciət etmək lazımdır. Problem ciddiləşmədən qarşısını almağa çalışın!
Həkim, Allerqoloq - İmmunoloq Ləman Cəfərova