Eyvan və həyəti bəzəmək hər bir xanımın istəyi və arzusudur. Eyvanınızda hansı dibçək gülünü böyütmək istədiyinizə hələ də qərar verməmisinizsə, bir neçə dibçək gülünü sizə məsləhət görmək istəyirik.
Azaliya
Xüsusiyyətləri: Əhəngli və turşu xarakterli torpaqda, 10-18 dərəcə temperaturda yetişdirilməyə uyğundurlar. Yarı kölgə yerləri xoşlayırlar. Birbaşa günəş işığının altında qalmamalıdır. Qış və yaz mövsümlərində qırmızı və çəhrayı rəngli çiçək açır.
Qulluq qaydaları: Bahardan payıza qədər həftədə bir dəfə gübrə verilə bilər. Azaliya suyu çox sevir. Həftədə bir dəfə yarpaqlarına su çiləməlisiniz. Sulama və yarpaqlarını islatmaq üçün istifadə edəcəyiniz su ərpsiz və ya yağış suyu olmalıdır. Satın alarkən qönçələrinin az olmasına diqqət yetirin.
Viola
Xüsusiyyətləri: Humus baxımından zəngin torpaqlarda yetişir. İşığı çox sevir. Səhər günəşi bu çiçəyin canlılığını uzun müddət qoruyur. Günorta günəşi alan yerlərə qoysanız, gülün ömrünü qısaldacaq. Sərin mühit də Violaya yaxşı təsir edəcək. Çox isti və quraq havalarda tez quruyur.
Qulluq qaydaları: Suyu çox sevir. 2-3 həftədən bir standart maye gübrə verilməlidir. Mövsümi gül olduğu üçün dibçəyi dəyişdirmək olmaz. Torpağına gil, yarpaq çürüntüsü, yanmış gübrə qarışdıra bilərsiniz.
Əkilməsi: Toxumları on beş gün soyuq bir mühitdə gözlədəndən sonra əkə bilərsiniz.
Kalanxoe
Xüsusiyyətləri: Zəngin qarışıqlara malik torpaqlarda yetişir. Aydınlıq və havadar yerlərdə saxlanmalıdır. İlıq mühitdə olan kalanxoenin qışda 5 dərəcəyə qədər dözümü var.
Qulluq qaydaları: Ətli və sulu bitki olduğu üçün sulanmasına diqqət yetirilməlidir. Torpağın nəmli olması yetərlidir. Suladıqdan sonra dibçək altlığındakı suyu tökməlisiniz. Həftədə bir dəfə üzünü çevirməlisiniz. Yaxşı baxıldığı müddətcə hər mövsüm çiçək açır. Dibçəyi dəyişməyinizə ehtiyac yoxdur. Torpağına yarpaq çürüntüsü, yanmış gübrə,gil qarışdıra bilərsiniz.
Əkilməsi: Toxumları və ya gövdəsindən əldə edilən çilinglərlə çoxalda bilərsiniz.
Lalə
Xüsusiyyətləri: Axıntılı torpağı xoşlayırlar. Yarı kölgəli və sərin yerlərdə saxlanılmalıdır. Günəşdə həddən çox saxlasanız, gülləri quruya bilər yetişdirilməyə uyğundur.
Qulluq qaydaları: Torpağı nəmli olacaq şəkildə sulamalısınız. Lalələr böyüdükdən sonra nizamlı şəkildə sulanmalıdır. Torpağına yarpaq çürüntüsünün əlavə edilməsi faydalıdır. İnkişaf etmə və çiçəklənmə dövründə ayda 2 dəfə standart maye gübrə verilməlidir. Birillik bitki olduğu üçün dibçək dəyişməyə ehtiyac yoxdur.
Əkilməsi: Soğanaqlar yazın əvvəli əkilməlidir. Lalə soğanaqları 8-10 həftə soyuq bir yerdə saxlanılmalıdır. Soğanaqlar əkildikdən sonra 10 dərəcə istilikdə saxlanılmalıdır. Arada çox az su verilməlidir.