Şən süfrələrin ən böyük yardımçısı yemək dəstləridir. Cehizlərin də ən önəmli parçalarından biri olan yemək dəsti alarkən nələrə diqqət etməliyik?
Yemək dəstləri ümumi olaraq 6 nəfərlik və ya 12 nəfərlik olur. Cehiz alış-verişi zamanı isə əsasən 12 nəfərlik yemək dəstlərinə üstünlük verilir. Seçim edərkən detallara diqqət etməli, zövqünüzə uyğun və estetik olmasına xüsusi nəzər yetirməlisiniz. Evinizdəki digər əşyalara uyğun olması isə ən önəmli nüanslardan biridir.
Yemək və çay dəsti - Royal Gallery-də!
Məsələn, evdə işlətdiyiniz əşyalar kvadrat, kəskin, iti və ya dik kəsimlidirsə, kvadrat olan modellər sizə uyğun olacaqdır. Oval və yumşaq dizaynlar evinizdə üstünlük təşkil edirsə, o zaman dairəvi olan modellərə üstünlük verməlisiniz.
Yemək və çay dəsti
Mebellərin rənginə uyğun olaraq isə, məsələn masanın rəngi və ya örtüyünə uyğun olaraq rəngləri tamamlamalısınız. Açıq rəngli dəstlərin yanında, pudra-lavinia rəngi daha canlı və modern görünəcəkdir. Tünd rəng sevənlər üçün isə bənövşəyi və qara tonlar, ağır və eleqant görüntü əmələ gətirəcək.