Təbiətin oyandığı, günəşin daha parlaq və canlı olduğu yaz ayları bizi isitməyə başlayıb. Çöldəki xoş abu-havanı evinizdə də hiss etmək istəyirsinizsə, aşağıdakı təkliflərimizi dəyərləndirə bilərsiniz.
Dibçəklərinizi yeniləyin
Eyvan, pəncərə kənarı və həyətdəki gülləri təzələməklə işə başlaya bilərsiniz. Dibçəkdəki güllərinizi təzələdikdən sonra gün düşən yerə qoyun. Baharın gəlişini hiss etmək üçün rəngli dibçəklər və aksesuarlardan istifadə edə bilərsiniz.
Xalçaları götürüb, kilimləri sərin
Qışda istilik verən xalçalar havalar isindikcə evin hərarətini də artırır. Tünd rəngli böyük xalçaları götürüb, yerinə incə, rəngli kilimlər sərə bilərsiniz.
Otaqları hərəkətləndirin
Divanlarınızın üstünə düz, açıq rəngli örtüklər örtün. Rəng seçimində açıq yaşıl, açıq mavi, ya da sarı rəngi seçə bilərsiniz. Divanın üstünə rəngli yastıqlar ataraq, otağı hərəkətləndirə bilərsiniz.