Evinizi xəyallarınıza uyğun şəkildə dizayn etdiniz, amma hələ də nəsə çatmırmış kimi görünür?
Dağınıqlıq və çirkilik
Gözəl bir məkan yaratmağın başlıca prinsiplərindən biri də səliqəlilik və təmizlikdir. Əgər ortalıqda lazım olandan daha çox əşya var, pəncərələr və səthlər tozludursa, ən gözəl dekor belə ucuz və əhəmiyyətsiz görünə bilər.
Evinizin təmizliyinə diqqət etmək və gündə bir neçə dəqiqənizi ayırıb dağınıqlığı səliqəyə salmaq evinizdə ehtiyacınız olan sakit və təmiz mühiti yaradacaq. Bütün əşyaları göstərməkdənsə, minimal bir tərz seçə bilərsiniz.
Boş divarlar
Sadə məkanların verdiyi təmizlik hissini yəqin ki, bilməyən yoxdur. Amma bomboş divarların evinizdəki canlılığı alıb aparacağına əmin ola bilərsiniz. İntellektual zövqünüzü əks etdirən sənət əsərlərinə divarlarınızda yer verə bilərsiniz.
Divarlara yerləşdirəcəyiniz əsərlərin düzgün çərçivələrə sahib olması, bir-biri ilə uyğunluğu və doğru yerdə yerləşməsi böyük əhəmiyyətə malikdir.
Süni bitkilər
Bütün qanunlara əməl etsəniz də, dekorasiyanızda bir çatışmazlıq hiss edirsiniz? Böyük ehtimalla sizin bitkilərə ehtiyacınız var. Amma bunun üçün onların canlı olmasının vacibliyini də qeyd etməliyik. Süni bitkilər evin gözəlliyini və keyfiyyətini aşağı salması ilə yanaşı, evdə soyuq bir mühit yaradır.