“5 addımda yataq otağı detoksu

5 addımda yataq otağı detoksu

Fərqinə varmasaq da, yataq otağımız xərçəngə səbəb olan zərərli maddələrlə doludur. Yataq otağı detoksu ilə bunlardan xilas olmağın yollarını yazdıq!

Ucuz və dekorativ olduğu üçün aldığımız bəzi ev əşyaları sağlamlığımıza ziyan vurur. Xüsusilə də yataq otağımızdakılar. Təmiz və anti-toksik bir yataq otağı yaratmaq istəsəniz, bunun bir az büdcənizə ağırlıq verəcəyini nəzərə almalısınız. Buna görə də kiçik addımlarla başlamaq ən yaxşısıdır. Yataq otağınızda edəcəyiniz hər bir dəyişiklik sağlamlığınız üzərində vacib dəyişiklik yaradacaq. Haradan başlayacağınız isə büdcənizə və sağlamlığınıza bağlı olaraq dəyişə bilər. Bu məsləhətləri yataq otağınızı zəhərli maddələrdən təmizləməkdə istifadə edə bilərsiniz.

1. Yastıqlarınızı və yastıq üzlərinizi təbii materiallarla əvəz edin.

Məsələ yataq örtüyü, mələfə, yastıq və yastıq üzü olduğu zaman ziyanlı olanlardan uzaq durmaq lazımdır. Lakin hamının etdiyi ortaq bir səhv var. İnsanlar adətən pambıqlı parçaların sağlam olduğunu düşünür. Amma pambıq dünyada üzərində ən çox dərman istifadə olunan məhsullardan biridir. Əgər imkanınız varsa, bu məhsulların 100% təbii olanlarından alın.

2. Yataq otağınızdakı və şkafınızdakı bütün süni şeyləri atın.

Sintetik və akrilik bütün materiallar termoplastikdən hazırlanır. Yəni bu məhsullar nə vaxt istiliklə qarşılaşsalar, plastik molekullar yayırlar. Bu maddələrdən hazırlanmış geyimləri geyindiyiniz zaman dəriniz bir çox ziyanlı molekulları absorbiya edir. Bu səbəbdən də otağınızda bu materiallardan hazırlanmış məhsullar varsa, atın.

3. Şkafınızda olan qeyri-təbii materiallardan hazırlanmış geyimləri atın.

Sintetik materiallar kömür, yağ və təbii qazdan ibarət olan bir maye maddədən hazırlanır. Bu parçaların daha dözümlü olması üçün başqa maddələr də əlavə olunur. Beləcə parçalar ləkə saxlamır və qırışmır. Ancaq bu maddələr insan sağlamlığı baxımından olduqca zərərlidir. Bu materiallardan olan paltarlarınızı təbii materiallardan hazırlanmış geyimlər ilə dəyişdirin.

4. Süni materiallardan hazırlanmış mebelləri yataq otağınızdan uzaqlaşdırın.

Misal üçün yataq otağınızda süni dəridən hazırlanmış hər hansı stul varsa, bunu otağınızdan çıxarın. Belə materialların yataq otağınızda, hətta evinizdə olması olduqca təhlükəlidir. Süni dəri materiallarında PVC adlanan maddədən istifadə olunur. PVC ümumiyyətlə plastiklər arasında ən təhlükəlilərdən biri hesab olunur. Həmçinin suya dözümlü yastıq və digər mebellər də olduqca təhlükəlidir. Suya dözümlü əşyalar zəhərli bir maddə ilə boyanır. Bu məhsulları və mebelləri təbii olanlar ilə əvəzləyin.

5. Sıxışdırılmış ağacdan istehsal edilmiş əşyaları atın

Melanin tərkibli və ya MDF adlandırılan sıxışdırılmış ağacdan əldə edilmiş mebellərdən istifadə etməyin. Ağac qırıntılarının preslənməsi və yapışması üçün bir çox kimyəvi maddədən istifadə olunur. Xüsusilə bunlar arasında olan formaldehid adlı kimyəvi maddə astma və başqa ciyər xəstəliklərinə səbəb olur. Bunların yerinə həqiqi taxtadan istehsal edilmiş məhsullardan istifadə edin. İkinci əl əşya satan mağazalarda köhnə, amma daha keyfiyyətli şeylər tapa bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!