“Evin havasını təmizləyən bitkilər

Evin havasını təmizləyən bitkilər

Gün ərzində evlərimizdəki hava da bayırdakı hava kimi bəzi səbəblərdən çirklənir. Adam çox olan evlərdə nəfəs alıb vermə nəticəsində yaranan karbondioksit və azalan oksijen miqdarı, bayırdan gələn kirli və tozlu hava nəticəsində evlərdəki havanın keyfiyyəti aşağı düşür. Bu da bir çox problemlərin yaranmasına gətirib çıxarır.

Bitkilər bu problemi həll etməyinizdə ən böyük köməkçinizdir. Leydi.az komandası olaraq evin havasını təmizləyən bitkilərin hansılar olduğunu sizin üçün araşdırıb yazmışıq.

Lavanda

Evinizdə biir neçə dibçəkdə lavanda bitkisinin olması həm qoxusuna görə evdə böcəklərin olmasına mane olur, həm də yaxşı nəfəs almağınıza şərait yaradır. Təbii bir sakitləşdirici olan lavanda evdə rahat və sakit bir abu-hava yaradır. Lakin bəzi insanların bu bitkinin iyinə allergiyası ola biləcəyi də diqqətə alınmalıdır. Əvvəlcə bunu yoxlamalı sonra bu bitkini evinizdə saxlamalısınız.

Reyhan

Reyhan həm evdəki karbondioksidi əmərək oksigen ifraz edir, həm də milçəklərə qarşı təsirli bir vasitədir. Beləliklə, yeməklərimizdə və salatlarda istifadə etdiyimiz reyhanı evimizdə bir dibçəkdə yetişdirmək evdəki havanı təmizləyərək sağlam bir hava qəbul etməyimizə kömək edəcəkdir.

Bibəriyə

Həmişə yaşıl olan və özünəməxsus iyini hər fəsildə yaymağı bacaran bibəriyə bitkisi havadakı pis qoxuları və karbondioksid, karbonmonoksid kimi zərərli qazları qəbul edərək oksigen ifraz edir və bununla evin havasını təmizləyir.

Sansevieria

Bitkilərə baxmaq mövzusunda elə də bacarığı olmayan insanlar üçün bu bitkini tövsiyə edə bilərik. Həm kölgədə, həm də günəşdə böyüyə bilən bu bitkinin baxımı çox asandır. Çox su ehtiyacı olmadığından tez-tez su vermək də lazım deyil. Bu bitki gecə də havanı təmizləyir. Beləliklə, baxımı çox asan və əziyyətsiz olan bu bitkini evinizdə saxlamaqla evinizin havasının gecə-gündüz təmizlənməsinə nail ola bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!