“Göz makiyajı

Göz makiyajı

Gözəl makiyajın ən əvəzolunmaz hissəsi düzgün edilmiş göz makiyajıdır. Göz makiyajı edən zaman diqqət etməli olduğunuz incəlikləri sizlər üçün yazdıq.

- Əgər kirpikləriniz qıvrıqdırsa, kirpik qıvırıcısına ehtiyac yoxdur. Ancaq düz kirpikləriniz varsa, bu mərləhənin üstündən keçməməyi məsləhət görürük.

- Üst və alt kirpiklərinizə dalbadal tuş vursanız, göz ətrafınıza yayıla bilər. Bu müddətdə ənlik və ya pudra tətbiq edərək tuşun qurumasına vaxt verə bilərsiniz.

- Tuş baxışlarınıza canlılıq gətirsə də, bu görüntü sizə kifayət etməyə bilər. Rəngli göz makiyajı bazalarının köməkliyi ilə həm baxışlarınıza işıltı gətirə bilər, həm də makiyajınızın qalıcılığını təmin edə bilərsiniz.

- Makiyajda layner çatışmazlığı hiss edirsinizsə, səhv etmək riskinin daha az olduğu boz və ya qəhvəyi laynerdən istifadə edə bilərsiniz.

- Tez bir zamanda dumanlı makiyaj görüntüsünü yaratmaq üçün yumşaq bir göz qələmi ilə gözünüzü çevrələyin və pambıqlı çubuqla kəskin xətləri dağıdın.

- Göz kölgəsi istifadə edəcəksinizsə, yüngül zərli göz kölgəsi seçin.

- Göz makiyajınızda kəskin xətlər buraxmayın, yumşaq fırçalara üstünlük verin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!