Biz qadınların vaxt keçirməkdən ən çox zövq aldığımız mövzulardan biri də makiyaj və şəxsi baxım məhsullarıdır. Gündəlik və ya xüsusi günlərdə həvəsli şəkildə etdiyimiz makiyajı gecə təmizləmək üçün tənbəllik edirik. Belə zamanlarda makiyajı asan və effektiv bir şəkildə təmizləməyin yollarını axtarırıq. İndi isə həmin yollardan birini sizlər üçün təqdim edirik!
Kremlə makyaj necə təmizlənir?
Makiyaj təmizləmə metodları arasında ən sağlıqlısı və ən asanı kremlə təmizləməkdir. Dəri tipinizə uyğun olan nəmləndirici bir kremin köməyi ilə pambıq istifadə edərək dairəvi hərəkətlərlə makiyajınızı asanlıqla cildinizdən təmizləyə bilərsiniz.
Qısa müddətdə tək bir məhsulla bütün makiyajı təmizləmək üçün ən praktik metodlardan biri makiyajı kremlə təmizləməkdir. Xüsusilə istifadə etdiyiniz dəri təmizləmə məhsulu bitəndə yenisini alana qədər “Mən indi üzümü nə ilə təmizləyəcəm?” sualına alternativ cavablardan biridir.
Makiyajınızı təmizləyərkən gözünüzü yandıran məhsullar yerinə kremlə təmizləsəniz, bu problemi aradan qaldırmış olacaqsınız.
Cild makiyajının bir nömrəli təmizləyicisi!
Evdə cildinizə tətbiq etdiyiniz nəmləndiricinin içinə bir parça pambıq batıraraq asanlıqla təmizləyə bilərsiniz.
Əgər makiyajınız “waterproof” xüsusiyyəti daşıyırsa, bu zaman vazelin sizə kömək ola bilər.
Həmçinin bax: Evdə təbii makiyaj təmizləmə suyunun hazırlanması