“Gündüz makiyajını asanlıqla gecə makiyajına çevirin

Gündüz makiyajını asanlıqla gecə makiyajına çevirin

Axşam getməli olduğunuz yerə çatmaq üçün makiyaj etməyə vaxtınız yoxdur? Gündüz makiyajını asanlıqla gecə makiyajına çevirə bilərsiniz.

Bəzi makiyaj məhsullarının qalıcılığını nə etsəniz də, qoruya bilməzsiniz. Ancaq bəzilərini asanlıqla yeniləmək olar. Bunlara misal olaraq dodaq boyası, ənlik, kirşan kimi vasitələri göstərə bilərik. Bunları yeniləmək üçün bütün makiyajınızı silib yenidən etməyə məcbur deyilsiniz. Onları yeniləmək sadəcə bir neçə dəqiqənizi alacaq. Gündüz təbii tonlarda istifadə etdiyiniz dodaq boyasını axşam qırmızı və ya şərab rəngi kimi iddialı rənglərlə əvəzləyə bilərsiniz. İstəsəniz, kirpiklərinizə bir neçə qat tuş çəkin. Beləcə, gözlərinizi də ön plana çıxarmaq olar.

Makiyajınızı sabitləməyi unutmayın.

Üz makiyajınız hazırdır? Elə isə onu kirşan ilə sabitləməyi unutmayın. Kirşan xüsusilə maye və krem tonal kremlərə daha yaxşı yapışır və dərinin ifraz etdiyi yağların makiyajı pozmasının qarşısını alır. Silikon bazalı, transparan sabitləyici kirşanları məsləhət görürük. Belə sabitləyici kirşanlar makiyajınızın bütün qüsursuzluğunu və təzəliyini qorumağa kömək etmələri ilə yanaşı, digər kirşanlar kimi donuq və mat görünmür. İstəsəniz bu addımda sabitləyici kirşan yerinə, sabitləyici sprey də istifadə edə bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!